Cenevrədəki Rusiya-ABŞ sammiti barədə RYABKOV MÜNASİBƏT BİLDİRDİ

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Cenevrədə keçirilmiş Rusiya-ABŞ sammitinin iki ölkə arasındakı münasibətlərə necə təsir etdiyini qiymətləndirmək üçün bir neçə vaxt keçməyin lazım olduğunu söylədi. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ryabkov, Rusiya İnvestor Konfransında çıxış edərkən deyib.

"Mənim fikrimcə, suala inamla cavab verə bilməyimiz üçün bir neçə ay vaxt lazımdır. Bu sammit, ümumiyyətlə, sözün geniş mənasında hər hansı bir nəticəyə gətirib çıxardı", dedi Ryabkov bildirib.

Xatırladaq ki, prezidentlər Vladimir Putin və Co Bayden arasında ilk görüş 16 iyun Cenevrədə baş tutub, danışıqlar fasilə daxil olmaqla 4,5 saat davam edib. Nəticədə Putin, Bayden ilə idarələrarası səviyyədə strateji sabitlik mövzusunda məsləhətləşmələrə başlamaq barədə razılığa gəldiyini söyləyib. Onun sözlərinə görə, hər iki ölkə dünyada strateji sabitlik üçün xüsusi məsuliyyətlərinin fərqindədirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə