"Mülki Müqavilə" vərəqələr yaymaqda günahlandırıldı SEÇKİ NƏZARƏT KOMİTƏSİ TƏRƏFİNDƏN

Hakim “Mülki Müqavilə” Partiyası tərəfindən təşkil olunmaqla, icma təşkilatlarının işçiləri Robert Koçaryanın fotoşəkili olan təbliğat broşuralarının İrəvan küçələri boyu paylanmasını təşkil ediblər ki, təmizlik işçiləri səhər saatlarında bunu görsünlər və bu barədə xəbər versinlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Seçki Nəzarəti Komitəsi” bu gün səhər saatlarında məlumat alıb.

Komitə bununla bağlı fikrini də bildirib bu əmələ görə "Mülki Müqavilə" günahkar sayılır.

Xatırladaq ki, bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir. Artıq seçki prosesi ilə əlaqədar bir sıra qanun pozuntusu halları aşkar edilib. Bundan sonra da seçki prosesi ilə əlaqədar qanun pozuntularının olacağı təkzib edilə bilməz və belə görünür ki, hələ bundan sonra daha gözlənilməz hallar da, daga gərgin vəziyyət də müşahidə oluna bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə