Ermənistanın Müqəddəs Taxtdakı keçmiş səfiri Mikael Minasyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyana ünvanlanıb və bir sıra ittihamlar səsləndirib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Mikael Minasyan bir video göndərərək "Telegram" kanalında qeyd edib.
“Nikol və yoldaşı dünən uğurları barədə məlumat verəndə bir şeyə, yaddaşların zəif olduğuna, qısa olacağına ümid edirdilər. Onlar bu 3 il ərzində baş verən hər şeyi unudacağımızı düşünürlər.
Xatırlamağımız vacibdir, unutmamağımız lazımdır. İnqilabi gücün götürdüyü, yox etdiyi hər şeyin ən yaxşı şəkildə uğursuzluqla nəticələndiyini heç kimin unutmaması vacibdir. Unutmamalıdırlar ki, bu bir faciədir”, deyə Mikael Minasyan "Telegram" kanalında bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB