"Minlərlə dövlət qulluqçusu İrəvana daşınır" AŞOTYAN XƏBƏRDARLIQ ETDİ

"Minlərlə dövlət qulluqçusu İrəvana daşınır" AŞOTYAN XƏBƏRDARLIQ ETDİ

“Bu üfunətli əclaf canlı efirdə öz mitinqlərinə insanların toplaşması üçün yalvardığı zamanda, Ermənistan Respublikasının müxtəlif bölgələrindən minlərlə dövlət qulluqçusu, yerli idarə işçiləri, müəllimlər, həkimlər İrəvana daşınıb gətirilir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Respublika Partiyası sədrinin müavini Armen Aşotyan yazır.

"Səhər saatlarından bəri zənglər gəlir ki, bu əclaf tərəfindən inzibati rıçaqlardan istifadə edilərək, insanlar işdən çıxarılma təhdidi altında avtobuslara mindirilir və bu əclaf üçün əlavə olaraq istifadə edilməsi məqsədi ilə paytaxta gətirilir. Məsələn, həmin qorxudulmuş, təhdid edilmiş insanlarla dolu avtobuslar Vardenisdən saat 16: 00-da, Alaverdidən 14: 00-da paytaxta yola düşüb.

Əziz həmvətənlər!
Bu əclafın məğlubiyyətinin saatı yaxındadır, heç nədən qorxmayın. Vətənimizin, bizim hər birimizin tapdanan şərəfini bərpa etmək üçün 20 iyunda hər kəsin vicdanına uyğun səs verməsi vacibdir.
Məhkəmə və ədalət isə hələ qabaqdadır ”, deyə partiya sədrinin müavini yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə