Bayden ilə danışıqların yaxşı keçdiyi barədə PUTİN BƏYAN ETDİ

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Bayden ilə danışıqların yaxşı keçdiyini söyləyib. SİA xəbər verir ki, Putin bu sözü Cenevrədəki zirvədən sonra təşkil etdiyi mətbuat konfransında deyib.

Putin danışıqların getdiyi villadan çıxarkən jurnalistlərin, “Danışıqlar necə keçdi”, sualını cavablandırarkən, “Yaxşı” deyib.

Vladimir Putin amerikalı həmkarı Co Bayden ilə strateji sabitlik, ticarət əlaqələri, regional təhlükəsizlik və kiber təhlükəsizlik məsələlərini müzakirə etdiyini söyləyib.

"Mövzular, yəqin ki, hər kəsə məlumdur, strateji sabitlik, kiber təhlükəsizlik, regional qarşıdurmalar, ticarət əlaqələri və Arktikadakı əməkdaşlıq müzakirə mövzusu oldu", deyə Putin Cenevrədəki zirvədən sonra təşkil etdiyi mətbuat konfransında bəyan edib.

Xatırladaq ki, Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasındakı dar və geniş tərkibdə danışıqlar fasilə də daxil olmaqla ümumilikdə 4,5 saat davam edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə