Milli Məclisdən dünyaya mesaj - Azərbaycan-Türkyə daim bir yerdədir

Prezident Rəcəb Tayyib Ərdoğan: “Qarabağı azad edən Azərbaycanın Milli Məclisində olmaqdan şadam”

Dünyada analoqu olmayan qardaşlığın, Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanan bu birlik nə dünən olub, nə də bu günü. Sözsüz ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zaman Azərbaycan parlamentində Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycanın Milli Məclisində olmaqdan şad olduğunu deyib: "Qarabağı azad edən Azərbaycanın Milli Məclisində olmaqdan şadam".

Türkiyə Prezidenti R.Ərdoğan bildirib ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanın müstəqilliyinin 30 ilinin ən önəmili hadisəsidir.

“Üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq"

“Azərbaycanlı qardaşlarımızla üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Canı yananlar, qanı tökülənlər, maddi və mənəvi ziyan çəkənlər sadəcə Qarabağda yaşayan insanlardır. Asan deyil, 30 il”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 30 ildən sonra işğal altında olan torpaqlar sahiblərinə qovuşdu: “Böyük bir liderlik göstərərək bu zəfəri Azərbaycana qazandıran Ali Baş Komandan İlham Əliyevi bir daha təbrik edirəm".

Türkiyə Prezidenti məcburi köçkünlərə çağırış edib

Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı bildirib ki, Qarabağ Zəfərindən kimsə narahat olmasın: "Çünki bu Zəfər ədalətin, barışın, qəlbin Zəfəridir".

Onun sözlərinə görə, Qarabağın hər küncünə sükut və ümid hakim olub: “İnşallah sonrakı gəlişimizdə evlərindən didərgin düşən insanların yerlərinə qayıdışının sevincini yaşayacağıq. Onlara mən də çağırış edirəm. Sizin evləriniz bərpa olunur. Bir müddət sonra evinizə qayıdacaqsınız”.

Türkiyə Prezidenti Milli Məclisin xüsusi iclasında çıxışı zamanı bildirib ki, Qarabağı birlikdə inşa edəcəyik. Onun sözlərinə görə, Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını 30 il məhv edənləri görməyənlər, Azərbaycanın azadlıq mücadiləsini əngəlləmək üçün səfərbər olanlar indi gəlib Füzulini, Qarabağı görsünlər: “Hər şey ortadadır. Dünən oraların halını gördük. Azərbaycanlılar 30 il öncə Qarabağdan çıxmaq məcburiyyətində qaldıqda heç bir evi yandırmadılar, çünki insan öz evini yandırmaz, ancaq ermənilər oralardan gedəndə hər şeyi yandırdılar, çünki oralar onların vətəni deyildi. Ancaq biz oraları yenidən inşa edərək, yeni bir Qarabağ ərsəyə gətirəcəyik”.

"Şuşa bu gün öz mədəniyyəti ilə ayağa qalxır. Cıdır düzündə təşkil edilən Xarıbülbül festifalı dünyaya verilən açıq bir mesaj idi. Şuşanın gələcəkdə Türk dünyasının paytaxtı olmasını görməkdən məmnun olarıq. Dünyanın 4 tərəfindən olan türk sənət adamlarının Şuşaya gəlməsi Şuşaya gözəl bir salam olardı" - deyə, Ərdoğan əlavə edib.

Türkiyə Prezidenti Zəngəzur dəhlizindən danışdı

"Zəngəzur dəhlizindən ermənilər də asan şəkildə Moskvaya və bütün dünyaya çıxa biləcəklər, onlar özlərini nə qədər əngəllədiyini görəcəklər". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib. Türkiyə Prezidenti bildirib ki, regionda yeni altılıq əməkdaşlıq platforması imkanları yaranıb: "Gürcüstanın bəzi sualları var idi və mən Gürcüstanın baş nazirinin son səfəri zamanı ona bunun faydalarını izah etdim. Çünki bu bölgənin sülhə ehtiyacı var, bunu etməliyik. Ermənistanın Azərbaycanla münasibətləri yaxşılaşdıqca biz də lazımi addımlar atacağıq. Türkiyənın Ermənistana faydaları saydıqca bitməz".

“Bu zəfərdən kimsə rahatsız olmasın, çünki bu zülmün deyil, sülhün zəfəridir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı deyib ki, Qarabağ zəfərinin Azərbaycan və dünyaya gətirəcəyi faydalar zaman keçdikcə hiss olunacaq və bu zəfərdən kimsə rahatsız olmasın, çünki bu zülmün deyil, sülhün zəfəridir: "Qarabağın hər küncünə hüzur hakim olub. Azərbaycanlı qardaşlarımız yuvalarına dönəcək. Gələcəkdə buraya yenə gələndə azərbaycanlı qardaşlarımızın öz doğma yurdlarına qayıtmasını görmək bizi şad edəcək. Hazırda yollar sürətlə tikilir, infrastruktur bərpa olunur və bizlər də bölgədə məktəb, xəstəxana və buna bənzər bir çox binalar tikəcəyik".

“Şuşanın gələcəkdə türk dünyasının mədəniyyət paytaxtı olmasını görməkdən məmnun olarıq",-deyən Türkiyə Prezidenti bildirib ki, Şuşa ədəbiyyatın mərkəzi vəzifəsini qoruyub: "Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın və digər şairlərin yurdudur. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu mənada dünyaya verilən açıq mesajdır. Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq. Əlbəttə, Şuşa, Qarabağ deyil, türk dünyasının bütün yerləri böyük şəxsiyyətlər yetişdirib”.

“Yeni bir Qarabağ ərsəyə gətirəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı bildirib ki, iğaldan azad olunan əraziləri yenidən inşa edərək yeni bir Qarabağ ərsəyə gətirəcəyik. Onun sözlərinə görə, Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını 30 il məhv edənləri görməyənlər, Azərbaycanın azadlıq mücadiləsini əngəlləmək üçün səfərbər olanlar indi gəlib Füzulini, Qarabağı görsünlər: "Hər şey ortadadır. Dünən oraların halını gördük. Azərbaycanlılar 30 il öncə Qarabağdan çıxmaq məcburiyyətində qaldıqda heç bir evi yandırmadılar, çünki insan öz evini yandırmaz, ancaq ermənilər oralardan gedəndə hər şeyi yandırdılar, çünki oralar onların vətəni deyildi".

“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir”

Türkiyə Prezidenti Qarabağın işğaldan azad edilməsi Azərbaycanın müstəqilliyinin 30 ilinin ən önəmili hadisə olduğunu deyərək bildirib ki, 30 il sonra bu torpaqlar öz sahiblərinə qovuşdu: “Bu zəfəri və barışı Azərbaycan xalqına qazandıran, Prezident, qardaşım İlham Əliyevə bir daha təşəkkür edirəm. Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Türkiyə həm dövlət, həm də millət olaraq qardaş Azərbaycanın yanında yer alıb. Bu gün də Azərbaycanın yanıdayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdisə, biz də bu gün və gələcədə bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir”.

İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə danışan Türkiyə Prezidenti deyib: “Qafqazda sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişaf etdirilməsi, rifahın yüksəlməsi, əmin-amanlığın kök salması üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq”.

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq. Çünki Azərbaycan-Türkiyə "Bir millət, iki dövlətdir!”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə