Bayden Ərdoğanın yanına gəldi və.... - DETALLAR

Bütün dünyanın gözü bu gün başlayan NATO sammitindən sonra veriləcək son dəqiqə açıqlamalarındadır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, NATO zirvəsində, belə demək mümkünsə, diplomatiyanın rüzgarı əsir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, bir çox dövlət başçıları ilə ardıcıl görüşlər etdi, ilk görüşünü Fransa Prezidenti Emmanuel Makron ilə etdikdən sonra, Ərdoğan daha sonra İngiltərə Baş naziri Conson və Almaniya Baş naziri Merkel ilə görüşüb. NATO sammitinin rəsmi açılışı olarkən, açılış mərasimində Ərdoğan və Baydenin yaxınlaşması diqqət çəkib. Saat 18.00-də görüşəcək iki lider bir araya gələrək ailə fotoşəkili çəkilərkən səmimi bir söhbət ediblər.

Sammitin keçirildiyi NATO qərargahında qonaqlar üçün rəsmi qarşılama proqramı təşkil edilib. Prezident Ərdoğan və digər liderləri NATO Baş Katibi Cens Stoltenberg qarşılayıb. Bütün liderlər bir-bir qarşılandıqdan sonra sosial məsafə qaydasına riayət etməklə ailə fotoşəkili çəkilib. Görüş başlamazdan əvvəl Ərdoğan ABŞ Prezidenti Co Bayden ilə bir müddət söhbət edib.

NATO qərargahında Prezident Ərdoğanı Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və AK Partiyanın Sədr Köməkçisi və Partiya Spikeri Ömər Çelik müşayiət edir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...