Məhəbbət İbrahimova: “15 iyun Azərbaycanı uğurlu gələcəyə aparan tarixi gündür”

“Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarıb”. Bunu SİA-ya açıqlamsında 1 saylı şəhər Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi: “Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə böyük sıçrayış baş verdi. Həmin tarixə qədər baş verən hadisələr, xalqı, bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda, xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Dahi Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. 15 iyun 1993-cü il tarixində baş verən hadisə - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlətçiliyimizi yox olmaq təhlükəsindən qurtardı. Ulu Öndər Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ulu Öndər Heydər Əliyev siyasi və iqtisadi zəmində baş verən gərginliklərə sinə gərdi, ölkəni parçalanmaq təhlükəsindən xilas edərək, müstəqilliyini qoruyub-saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində, Azərbaycan ən yeni tariximizin çətin anlarından şərəflə çıxdı. Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi”.

M.İbrahimova onu da bildirib ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi: “Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə, ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Mürəkkəb siyasi şəraitdə Ümummilli Lider Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynadı. YAP-ın yaradılması Azərbaycan dövlətçiliyinin formalaşması prosesinə təsirini göstərdi. YAP yaranandan, Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan təşkilat kimi qəbul edildi. Bunun da əsas səbəbi o idi ki, partiyanın rəhbərliyində Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi Dahi Şəxsiyyət dayanırdı. YAP Azərbaycan dövlətinin müstəqilliyinin qorunub-saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan siyasi təşkilata çevrildi”.

M.İbrahimovanın sözlərinə görə, bu gün Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib: “Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında birgə addımlamağı əsas hədəf kimi qarşıya qoyub. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirib, dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaradıb. 44 günlük Vətən müharibəsi ilə işğal olunmuş torpaqlarımızı azad etməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev hərb tarixinə yeni və möhtəşəm zəfərlər yazdı. Artıq regionda yeni reallıqlar yaranıb. Bu reallıqlara əsasən, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi güc mərkəzi modelini yaradır. Həm də Azərbaycan qarşıdakı onilliyin inkişaf istiqamətlərini müəyyənləşdirib. Bu baxımdan növbəti illərin layihələri ümidverici və irəliyə baxmaq üçün stimulvericidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə