"Ermənistan hakimiyyətini cəzalandırmalıyıq, amma..." ROBERT KOÇARYAN

Ermənistan hakimiyyət orqanlarını çəkiclə deyil, seçicilərin səsi ilə cəzalandırmalıyıq. SİA Ermənistana məxsus mətbuat səhələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri ikinci prezident, "Ermənistan" blokundan baş nazir postuna namizəd Robert Koçaryan 13 iyun tarixində İcevan şəhərində keçirilən seçki kampaniyası zamanı söyləyib.

“Bu kampaniyanın özünəməxsusluğu ondadır ki, hazırkı hakimiyyət orqanları etdikləri barədə heç danışmırlar. İnsanlar və xalq qarşısında məsuliyyətləri barədə bir şey də vəd vermədilər, buna görə səlahiyyətliləri çəkiclə deyil, səslərimizlə cəzalandırmalıyıq. Torpağı təslim edən, bədbəxtlik gətirən və cəmiyyəti parçalayan səlahiyyətliləri rədd edirik”, deyə Robert Koçaryan bildirib.

Onun sözlərinə görə, saxtakarlığa yol verməmək üçün bütün seçki məntəqələrində məcburi etibarnamələrin olmasını təmin etmək lazımdır.

“Bundan əlavə, tərəfdarlarımız mümkün olan bütün qanun pozuntularını dərhal aradan qaldırmalı və seçki prosesinin saxtalaşdırılmasının qarşısını almalıdırlar. Saxtakarlıq edən addımlara çox peşman olacaqlar”, deyə Ermənistanın ikinci prezidenti əlavə edib.

Xatırladaq ki, Ermənistanda seçki öncəsi tərəflər bir-birini daha çox ittiham edirlər, günahkar sayırlar və xüsusən, bu ölkənin ikinci prezidenti bütün məsələlərdə Paşinyan hakimiyyətini tənqid edir. Heç şübhəsiz ki, işğalçı ölkədə seçkilər yaxınlaşdıqca vəziyyət daha da gərginləşir, hətta toqquşmaların belə müşahidə ediləcəyi gözlənilir. Məhz qanun pozuntularını dərhal aradan qaldırmaq və seçki prosesinin saxtalaşdırılmasının qarşısını almaq fikirləri özü də təsdiq edir ki, seçki ərəfəsində çox böyük toqquşmaların belə olacağı qaçılmazdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə