BMT-nin Baş katibi - ÇAĞIRIŞ ETDİ

BMT-nin Baş katibi Antoniu Quterreşin fikrincə, koronavirus əleyhinə vaksin ölkələr arasında qeyri-bərabər və ədalətsiz bölünür. SİA “Sky News” telekanalına istinadla xəbər verir ki, Antoniu Quterreş, həmçinin inkişaf etməkdə olan ölkələrdə COVID-19 infeksiyasının “meşə yanğını kimi yayılmaması” üçün daha çox səy göstərilməli olduğunu deyib.
“Hər kəsin tez bir zamanda vaksinasiya olunması hamımızın marağı çərçivəsindədir”, - deyə BMT-nin Baş katibi bildirib. Onun sözlərinə görə, hazırda “virusla müharibə şəraitində yaşadığımızı etiraf etməli” və “dünya vaksinasiya planını” qəbul etməliyik.

Antoniu Quterreşin fikrincə, dünya vaksinasiya planı peyvəndlərin intellektual mülkiyyət məsələsini də həll etməlidir. O, həmçinin G7 sammitində digər ölkələrə koronavirus əleyhinə 1 milyard vaksin dozası ayrılması barədə məsələnin müzakirə olunacağını alqışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə