Bütün ölkə indi casuslarla doludur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Ermənistan" blokundan deputatlığa namizəd Vaqe Akobyan 11 iyun Kotayk bölgəsinin Abovyan şəhərində seçkiqabağı təşviqat zamanı keçirdiyi mitinqdə söyləyib.
O, deyib ki, bu templə, bu sürətlə azərbaycanlılar sabah İrəvana çatacaq.
Akobyan, erməni hakimiyyət orqanlarının koronavirusla mübarizə daxil olmaqla bütün sahələrdə uğursuz olduğunu qeyd edib.
“Xalqı müharibədə məğlub olmağa istiqamətləndirdilər. Hələ neçə qurbanımızın olduğu və neçə nəfərin itkin düşdüyü bəlli deyil. Hər yerdə xaos hökm sürür. 20 iyun tarixində bu biabırçı səhifəni bağlayacağıq. Nikola və beli çantalılara yox deyirik”, deyə Akopyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB