Monitorinq mərkəzindən gözləntilərimiz nədir? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"10 noyabr üçtərəfli Birgə Bəyannaməsindən sonra Türkiyə və Rusiya atəşkəsə nəzarət Monitorinq Mərkəzi yaradıldı. Bu Mərkəz sadəcə Qarabağda Türkiyənin rəsmi səviyyədə təmsilçiliyidir. Bu, Mərkəzdən bizim ciddi gözləntimiz yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Türkiyə və Rusiya bu Mərkəz vasitəsilə əməkdaşlıq edir, problemleri birgə həll edib və məsləhətləşirlər: "Ötən gün Moskvada belə bir görüş oldu və Mərkəzin işi yüksək səviyyədə qiymətləndirildi. Bu Mərkəz sadəcə iki ölkə arasında əməkdaşlıq mərkəzi kimidir".

M.Əsədullazadə vurğulayıb ki, ermənilərin təxribatı davam edir: "Buna Rusiya sülhməramlı qüvvələri şərait yaradır. Azərbaycan maşın kolonuna daş atırlar, yol kəsirlər. Erməni silahlı birləşmələri avtomatik silahdan atəş açırlar. Göründüyü kimi bu Mərkəzin effektivliyi yoxdur. Sadəcə bizim üçün bu Türkiyənin bölgədə rəsmi təmsilçiliyidi və bu maraqlarımıza cavab verir. Ona görə də biz məsələyə belə yanaşırıq. Atəşkəsə nəzarət mexanizmi ləğv olunmalıdır. Çünki 10 noyabr birgə Bəyannaməsinə əsasən erməni silahlı birləşmələri bu əraziləri tərk etməlidir"

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə