"Əgər sən kişisənsə..." SAQATELYAN PAŞİNYANA ŞƏRT QOYDU

"Əgər sən kişisənsə..." SAQATELYAN PAŞİNYANA ŞƏRT QOYDU

Məğlubiyyət, xəcalət və rüsvayçılıq mənzərəsi ölkəmizi təqib edir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, “Ermənistan” blokunun təmsilçisi, “Daşnaqsütyun” üzvü İşxan Saqatelyan keçirdiyi seçki kampaniyası zamanı belə deyib.

“Bu əcaib-qəraib məxluqun, həmişə sərxoş olduğu ortaya çıxdı. Bu gün Ermənistanın kəndlərində belə əhali, sakinlər çaşqınlıq içindədirlər və özlərini aldanmış hesab edirlər. Onun barəsində deyil, Ermənistanın gələcəyindən danışmağa çalışırıq. Gəlin, 20 iyunda məğlubiyyət səhifəsini bağlayaq və bu əcaib məxluqu, xortdanı tarixin zibilliyinə göndərək”, deyə Saqatelyan bildirib.

Onun sözlərinə görə, Paşinyan xalqı yeni bir müharibə ilə qorxudur və güzəştlərini də müharibə təhlükəsi ilə əsaslandırmağa çalışır.

“Bu adam getdikcə daha çox deyir ki, müharibə olmasın deyə yeni əraziləri təslim etmək lazımdır. Buna yalnız güclü bir ordu, dövlətçilik təhdidlərinə müqavimət göstərə biləcək insanlar müqavimət göstərə bilərlər.
Müharibənin nə olduğunu çox yaxşı bilirik. Komandamıza baxsanız görərsiniz ki, Robert Koçaryan özü müharibədən keçib, yoldaşlarını və qohumlarını da itirib. Daşnaqsütyun ilk müharibəyə də qatılıb, sonuncu müharibədə də 55 üzvünü itirib. İtkilərin nə olduğunu bu əclaflar yox, biz bilirik. Bunlar ölkəni uçurumun astanasına gətiriblər. Onları, ləyaqətimiz və dövlətçiliyimiz adına aradan götürməliyik", deyə Saqatelyan əlavə edib.

Paşinyanın, oğlu Aşotu bütün erməni məhbuslarına dəyişdirməyə hazır olduğunu söyləməsindən danışan Saqatelyan bunu "avantüra", eyni zamanda "təslimiyyət" adlandırıb.

“Bu gün bu kapitulyator oğlunu məhbuslarımıza dəyişdirməyə hazır olduğunu bildirərək yenə də qarşı tərəfə əyilir. Bu adam xalqı ələ salmağa davam edir və eləcə də vətəndaşları ayaqlar altına atmaq niyyətində olduğunu da gizlətmir. Kişidirsə, oğluna ata olsun və siyasətə övladını qarışdırmasın. Bilirik ki, kreslo uğrunda övladlarını, həyat yoldaşını və bütün erməni xalqını verməyə hazırdır. Öz üzərimizə hansı yükü götürdüyümüzü bilirik”, deyə İşxan Saqatelyan fikirlərini tamamlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə