Zelenski dəstək aldı VENESİYA KOMİSSİYASINDAN

Zelenski dəstək aldı VENESİYA KOMİSSİYASINDAN

Venesiya Komissiyası Ukrayna prezidenti Vlodimir Zelenskinin əmlak bəyannamələrindəki səhv məlumatlara görə vəzifəli şəxslərin məsuliyyətinə dair Ali Radanın qəbul etdiyi qanuna veto qoymaq niyyətini dəstəkləyib. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, Zelenski deputatların qəbul etdiyi qanunun versiyasını rədd edib, çünki sənəd məmurlara qohumlarının daşınar və daşınmaz əmlakı barədə məlumatları açıqlamamağa imkan verir. Bundan əlavə, millət vəkilləri həbs cəzası əvəzinə bir məmur tərəfindən qəsdən bir bəyannamə verilməməsi halında azadlığın məhdudlaşdırılmasına səs veriblər.

"Bunlar Venesiya Komissiyasının dəstəkləmədiyi mənfi düzəlişlərdir. Buna görə də prezidentin bu qanun layihəsinə veto qoymaq niyyətinə görə minnətdaram", deyə Komissiya prezidenti Canni Bukikkio Kiyevdəki konfrans zamanı bildirib.

Xatırladaq ki, Venesiya Komissiyası, 1990-cı ildə Avropa Şurası tərəfindən yaradılan konstitusiya hüququ üzrə bir məsləhət orqanıdır. Görünür, Zelenskinin veto qoyması da bu baxımdan Canni Bukikkio tərəfindən dəstəklənib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə