HDQ komandanı Pakistana səfər edib

HDQ komandanı Pakistana səfər edib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfərə gedib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Pakistan HDQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair brifinqlər veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə