Qulağıkəsik Andronikin Soçidə qoyulmuş büstünün ömrü cəmi bir gün oldu - FAKT

Qulağıkəsik Andronikin Soçidə qoyulmuş büstünün ömrü cəmi bir gün oldu - FAKT

Osmanlı dönəmində başına erməni yaraqlılarından ibarət ordu yığaraq əvvəlcə Anadoluda, sonra isə İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarında misli görünməmiş qətliamlar, soyqırımı törətmiş qulağıkəsik Andronikin Soçinin Lazarev rayonunun Volkonka kəndində qoyulmuş büstü cəmi bir gün postament üzərində qaldıqdan sonra götürülüb. SİA-nın verdiyi məlumata görə, Rusiya Erməniləri İttifaqı (REİ) baş vermiş hadisədən dəhşətə gəlib. Qurumun rəhbəri Ara Abramyan günahkarların tapılıb cəzalandırılacağına söz verib.

Məlumatda qeyd edilir ki, büstün sökülməsinin təşəbbüskarı olan REİ-nin yerli şöbəsinin rəhbəri Qraça Makeyan bunun səbəbinin də izah edib. O bildirib ki, "dahi" sərkərdənin abidəsi ermənilərin kompakt yaşadığı Volkonka kəndində deyil daha iri şəhərdə ucaldılmalıdır. Büstün Rostov vilayətinin Şaxta şəhərində qoyulması isə hələlik yerli hakimiyyətlə razılaşdırılmayıb. Erməni mənbələrinin iddiasına görə, hətta bunun üçün Şaxta şəhərinin adı belə dəyişdirilərək "Andronik" qoyulub.

Abidə skandalının başvermə səbəbinin isə başqa olduğu deyilir. Bildirilir ki ermənilərin bu cəhdi dəfələrlə olub. Lakin Azərbaycanın məsələyə müdaxilə etməsi minlərlə soydaşımızın qətlə yetirilməsində əli olan və quldur dəstələrinə rəhbərlik edən qulağıkəsik Andronikin abidəsinin qoyulmasını əngəlləyib. Rusiya tərəfinə bunun gözlənilməz nəticələr verə biləcəyini başa salınıb.

Məsələyə Rostovda olan erməni katolikosu II Qaregin də münasibət bildirib. Keşiş Soçidə baş verən bu hadisənin rəsmilərlə müzakirə edəcəyini istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə