Haylar kimdir və bu bölgəyə haradan gəliblər? Təhlil

Erməni daşnak millətçilərinin “böyük Ermənistan” iddiaları Qafqaz bölgəsində milli qırğınlara gətirib çıxarmışdır

Tam qətiyyətlə və əminliklə, eləcə də faktlara əsaslanaraq demək olar ki, son 200 ildə Qafqaz ərazisində törədilən qırğınların, dəhşətli dağıntıların baiskarı ermənilər olub. Bu terrorçu toplumun Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti çox ağır nəticələrə, milli faciələrə gətirib çıxarmışdır. Erməni avantüristləri və onların havadarları düşünülmüş şəkildə qeyri-insani siyasəti yeridərək azərbaycanlıları indi Ermənistan adlandırılan ərazidən didərgin salmışlar. Bu zaman minlərlə azərbaycanlı öldürülmüş, yaralanmış, kənd və qəsəbələr, şəhərlər darmadağın edilmişdir. İstintaq araşdırmaları ilə sübuta yetirilib ki, 200 il ərzində ermənilər 2 milyona yaxın azərbaycanlını etnik mənsubiyyətinə görə öldürmüşlər.

Tarixi gerçəkliklər

XIX əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyası tarixən Azərbaycan ərazisi olan Borçalı, Gəncə, Şəki, Şirvan, Lənkəran, Qarabağ, İrəvan və Naxçıvan bölgələrini işğal etməyə başlamışdır. Bu, azmış kimi, Osmanlı İmperiyasına olan nifrətini gizlədə bilməyən Çar Rusiyası daha məkrli planı həyata keçirməyə başlamışdır. Belə ki, azəri türklərinin köməyi ilə öz dövləçiliyini qoruyub saxlayan İran, Rusiya imperiyası ilə birlikdə Anadoluya məkrli niyyətlər üçün qul qismində gətirilən hayların xəyanətkar xislətindən istifadə edərək, zaman-zaman türklərə qarşı deportasiya planlarını həyata keçirmişlər. I Pyotr 1723-cü ildə Bakını işğal etdikdən sonra orada və Dərbənd şəhərində erməniləri yerləşdirməyə başladı. 1768-ci ildə II Yekatrina “ermənilərin qorunma altına alınması haqqında” fərman imzaladı. 1802-ci ildə çar I Aleksandr öz məktubunda Azərbaycan türklərinin qənimi olan N.Sisiyanova yazırdı: “Nəyin bahasına olursa-olsun, Azərbaycanın bu və ya digər xanlıqlarında ermənilərdən istifadə olunmalıdır”. 1801-ci ildən müasir Azərbaycan əraziləri işğal olunmağa başlayır. Qərbi Azərbaycandan azərbaycanlıların ilk deportasiyası 1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsindən sonra baş vermişdir. Belə ki, Şəmşədil və Lor Pəmbək əyalətlərinin rusların əlinə keçdikdən sonra yerli əhali oranı zor gücünə tərk etməyə məcbur edilmişdir. Bunu 13 iyul 1801-ci ildə erməni əsilli general Lazarevin Qafqaz ordusu komandanı Knorrinqə göndərdiyi raportda da öz əksini tapmışdır: “Pəmbək əyalətinin 14 kəndinin 5-6 min nəfərə qədər əhalisi İrəvan xanlığının ərazisində özlərinə sığınacaq tapmışdır”. 1804-cü ildə İrəvan xanlığından qaçan və Rusiya təəbəliyini qəbul edən 2 minə qədər haylar həmin boşaldılan kəndlərə yerləşdirilmişdir. Elə həmin il rus ordusu Qarapapaqların yaşadığı Şörəyel mahalını işğal edirlər. 1807-ci il rus-türk müharibəsindən sonra onlar İrəvan xanlığının və Qars paşalığının ərazisinə köçmək məcburiyyətində qalırlar. 1805-ci ildə (XIX əsr) Qarabağ xanlığı ilə Rusiya arasında müqavilə bağlanılıb. Həmin müqavilə əsasında Qarabağ xanlığı Rusiyaya tabe olur Məhz bundan sonra 1804-cü ildə Gəncə, 1806-ci ildə Bakı, 1809-cu ildə Lənkəran Rusiya tərəfindən işğal olundu. Ən gec işğal olunan ərazilər İrəvanla Naxçıvan olmuşdur. Rusiya 1826-cı ilə qədər (XIX əsr) bu əraziləri tam işğal edə bilməyibdir. Ruslar 1804-1813-cü illər ərzində İrəvan şəhərini tutmağa iki dəfə cəhd etsələr də, cəhdləri boşa çıxmışdır. Rus ordusu yalnız 1827-ci ilin 26 iyununda Naxçıvanı, 20 sentyabrında Sərdarabadı, 1 oktyabrda isə İrəvan qalasını tuta bildilər. İrəvan qalasının tutulması zamanı başda Eçmiadzin arxiyepiskopu Nerses olmaqla, ermənilər satqınlıqla məşğul olmuşdular. İrəvan işğal olunan zaman ətraf kəndlərdə yaşayanlar oranı məcburi şəkildə tərk etməli olmuşlar. Bu fakt qraf Paskeviçin 27 iyul 1827-ci ildə qraf Nesselroda göndərdiyi məktubunda da 65 İlham Əliyev öz əksini tapmışdır: “Qarapapaqlardan 100 ailə və ayrımlardan 300 ailə Qarsa, tanınmış Uluxanlı tayfasından 600 ailə Bəyazidə, m üsəlman kurdləri-səlallılar Muşa köçmüşlər. Qarapapaqlılardan digər 800 ailə Arazı keçərək İrəvan xanı Hüseyn xanın qardaşı Həsən xanın dəstəsinə qoşulmuşlar. 700 ailə kürdcamədənlilər, 400 ailə birukinlilər, 400 ailə dovşanlılar, 200 ailə çobankerinlilər, 1000 ailə zilani-kürdləri də onlarla birlikdə Türkiyəyə keçmişlər”. “Türkmənçay” (10 fevral 1828) müqaviəsindən sonra isə 21 mart 1828-ci ildə imperator I Nikolayın fərmanı ilə əzəli Azərbaycan torpaqları olan Qarabağ, Naxçıvan və İrəvan xanlıqlırının ərazisində “erməni vilayəti” yaradıldı ki, onun da 9700 əhalisinin 7331-i azəri türkləri idi. Qafqazda imperiyalar vs ermənilərin Azərbaycart ərazilərinə köçürülməsi “Türkmənçay” müqaviləsinin XV bəndinə uyğun olaraq 1828-1830-cu illər ərzində İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə İrandan 40 min, Türkiyədən isə 84600 erməni köçürüldü. Hərbi müdaxilə zamanı yüzlərlə kənd boşaldıldı və minlərlə insan qətl edildi. Bütün bu soyqırımı siyasətinə baxmayaraq, Rus imperiyasının apardığı siyahıyaalmaya əsasən 1897-ci ildə İrəvan quberniyasında 313 178 azərbaycanlı yaşayırdı.

Uydurma erməni “ziyalıları”nın tarixi saxtalaşdırmaq cəhdləri

Erməni tarixçilərinin bəzi əsərlərində tarixi hadisələr, faktlar “böyük Ermənistan” ideyası naminə bir tərəfli qaydada təhrif olunur. Guya “böyük Ermənistan” adlı mif yüz illər boyu Xəzər dənizindən Qara dənizədək olan sahəni əhatə edirmiş. Ermənilərə görə “Ermənistan dövləti” e.ə II -I əsrlərdə mövcud imiş. Hansı ki, Alban tarixçisi M. Kalankatlının “Alban tarixi” əsərində heç yerdə erməni adı çəkilmədiyi halda, ənərıəvi olaraq erməni tarixçiləri coğrafi adları özlərinə məxsus bir tərzdə təhrif edərək, Aralıq, Qara və Xəzər dənizləri arasında yerləşən ərazini Ermənistan, orada yaşayan əhalini isə ermənilər adlandırırlar. Əgər Albaniya Ermənistarıın tərkib hissəsi olsaydı, onda bütün qədim erməni mənbələrində bu ölkənın adı “Ağvan” yox, “Hayastan” olardı. Azərbaycanın Kiçik Qafqaz dağlarının cənub-şərq ətəklərindən başlayaraq Kür və Araz çayları arasındakı ərazisini əhatə edən tarixi Qarabağ vilayəti qədim dövrlərdə və erkən orta əsrlərdə Qafqaz Albaniyasının tərkibində olmuşdur. XX əsrə qədər Dağlıq Qarabağ anlayışı mövcud olmayıb. “Artsax” adlanan yer Albaniyanın əyaləti olmuş, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri tərkibində Qarabağ adlanmışdır. Albaniyanın Artsax vilayəti 12 kiçik inzibati ərazi vahidindən ibarət olmuşdur. 14 may 1805-ci il tarixdə “Kürəkçay” sülh müqaviləsinə görə Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçmiş, 1822-ci ildə isə rəsmi olaraq ləğv edilib, Qarabağ əyalətinə çevrilmişdir. 1840-cı il islahatı ilə Qarabağ əyaləti ləğv olunaraq əvəzində Şuşa qəzası yaradılmış, qəza əvvəl Kaspi vilayətinin, 1868-ci ildən isə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olmuşdur. XIX əsrin 20-ci illərində Yermolovun tələbi və təkidi ilə keçirilən siyahıyaalmada Qarabağ regionunda yaşayan 18.563 ailədən yalnız 1559-u (cəmi 18 %-i) erməni ailəsi olmuşdur. Bundan bir neçə il sonra (1832-ci il) aparılan kameral sayıma görə, İran və Türkiyədən köçürülən erməni abidələrinin hesabına Qarabağda ermənilərin sayı artmışdır. XIX əsrin 20-30-cu illərində Zaqafqaziyaya o cümlədən, Qarabağa 200.000 errnəni köçürülür. (N.İ.Şavrov: Novaya uqroza russkom u delu v Zaqafkazye; predstoyaşaya rasprodaja Muqani i narodtsam. SP-b.1911, s.59) Azərbaycanlıların deportasiya tarixi isə XIX əsrin əvvəlində, yəni 1801-ci ildən başlayır. İlk dəfə olaraq, rus ordusu indiki Ermənistan ərazisindən- 14 kənddən azəri türkünü deportasiya etdilər. Yəni azərbaycanlıların deportasiya olunmasının tarixi 200 il əvvələ gedib çıxır. Azərbaycanlıların deportasiya olunduğu həmin ərazilərə ermənilərin köçürülməsi həyata keçirilib. Rusiya ilə İran arasında gedən 1804- 1813 və 1826- 1828-ci illər müharibəsindən sonra imzalanan “Gülüstan” (1813-cü il 12 oktyabr) və “Türkmənçay” (1828-ci il 10 fevral) müqavilələri ilə Azərbaycan Rusiya və İranın məkrli işğalçılıq siyasətinin acı nəticəsi olaraq faciələr dolu həyat yaşamağa məhkum edildi. Azərbaycan xalqı iki yerə bölündü və Azərbaycanın şimalı Rusiyanın, cənubu isə Qacar dövlətinin (1936-cı ildən bu dövlət İran adlandrıldı-İ.Ə.) idarəçiliyinə keçmiş oldu. Diqqətçəkən müdhiş məqam ondan ibarətdir ki, Rusiya çarı 1-ci Nikolay 21 mart 1828-ci ildə Naxçıvan və İrəvan ərazisində erməni məhəllələrinin yaradılması haqqında 16 maddədən ibarət olan qərar qəbul etdi. Eyni zamanda, “Türkmənçay” müqaviləsinin 15-ci bəndinə əsasən ermənilərin İrandan Naxçıvan, İrəvan və Dağlıq Qarabağa köçürülməsi prosesi həyata keçirilməyə başladı. Bunun da azərbaycanlılar öz vətənlərində, doğma yurdlarında sıxışdırılmağa başlamışlar. Rusiya ilə Turkiyə arasında 1828-1829, 1877- 1878 müharibələrinin sonlarında da ermənilərin Türkiyədən Azərbaycan ərazilərinə köçürülməsi siyasəti həyata keçirildi. Ümumilikdə, 1829- 1830-cu illərdə İrandan 40 min, Türkiyədən isə 84 min 600 erməni Azərbaycanın müxtəlif ərazilərində yerləşdirilmişdir.

Dünyanın vəhşi, terrorçu milləti - ermənilər

Erməni tarixçisi kimi tanıdılan Moisey Xorenatsiyə görə, ermənilərin ağıldan kəm ulu babası Hayk Nuh Peyğəmbərin nəslindəndir. Amma nə M.Xorenatsi, nə də digər qədim tarixçilər Urartu dövlətinin ermənilərə aid olduğu barədə hər hansı bir məlumat verməmişlər və verə də bidməzdilər. Çünki bu heç bir bəlli tarixi, dəlil sübutu olmayan, cəfəngiyyatdır. Bəli, ilk dəfə müasir Türkiyə ərazisində “böyük Ermənistan” dövlətinin olduğunu sübut etmək üçün belə gülünc və əsassız cəhdlər göstərilmişdir. Bu, Birinci Dünya müharibəsi zamanı Qərb dövlətləri və Rusiya imperiyasının Osmanlı imperiyasını saxta “erməni Genosidində” ittiham etməkdən ötrü hazırlanmış bir tələ idi. Çox təəssüflər olsun ki, çirkin siyasət oyunları ucbatından qardaş Türkiyə hələ də ondan qurtula bilməmişdir. 1905-1907-ci illərdə Rusiyada baş verən qarşılıqlardan istifadə edərək, planlı şəkildə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Qazax, Ordubad, Eçmiadzin və Cavanşir bölgələrində ermənilər və onların havadarlarının törətdiyi qırğınlar nəticəsində yüz minlərlə azərbaycanlı, gürcü, kürd, yəhudi, ləzgi və digər xalqların nümayəndələri məhv edilmişdir. İrəvan və Gəncə quberniyalarının 200 kəndi, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının 75 kəndi dağıdılmış, əhalisi isə deportasiya edilmişdir. 1905-1907-ci ilə hadisələrindən sonra azəri türklərinə qarşı repressiya gizli formada həyata keçirilmişdir. Bunu o zamankı statistik məlumatlar da təsdiq edir. Belə ki, əgər İrəvan quberniyasının 5 qəzasında ümumi əhali 1916-cı ildə 1831-ci illə müqayisədə 40 dəfə artmışdırsa, həmin rnüddət ərzində azəri türklərinin sayı cəmi 4,6 dəfə artmışdır. Bu tükürpədici rəqəmlər erməni şovinistlərinin Rusiya imperiyasının himayəsi altında həyata keçirilən “azərbaycanlısız Ermənistan” planını açıb göstərir.

8 avqust 1905-ci il - Şuşada Cənubi Azərbaycandan olan 17 nəfər azərbaycanlı fəhlə erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilir. Həmin gün Vəng kəndinin 300-dən çox silahlı erməni sakini quldurcasına yaxınlıqdan keçən azərbaycanlı karvanına basqın edirlər; tacirlər öldürülür, əmlakları talanır. Sonra ermənilər qonşu müsəlman kəndinə basqın edərək, burada kənd sakini Abbas bəyi, onun oğlunu, qardaşını və bir neçə nökər-naibini amansızlıqla öldürürlər. Az sonra kəndin bütün sakinləri erməni yaraqlıları tərəfindən qəddarcasına öldürülür, onların evləri isə yandırılır. Ermənilərin başladıqları Şuşa qırğını 10 gündən çox davam edir. 15 avqust 1906-cı il - Son bir həftə ərzində müsəlmanların yaşadıqları Oxçu, Şəbədək, Xələc, Qatar, Karxana, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Moltalar, Batuman, Atqız, Pirdavud, Zutul, Güman, İyilti, Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq və digər kəndlər erməni quldur birləşmələri tərəfindən dağıdılıb talan edilir. 200 nəfərdən çox müsəlman qətlə yetirilir. Erməni işğalçı qəsbkarlarının xalqımıza qarşı etdikləri vəhşiliklər, həyata keçirdikləri qanlı hadisələr yüzlərlə, minlərlədir. XX əsrin əvvəllərində baş verən bu kimi hadisələr Zəngəzur, Naxçıvan və Qarabağ ərazilərində daha intensiv xarakter almışdır. 1918-ci il daşnak quldur dəstələrinin Naxçıvan və Dərələyəz qəzalarına eləcə də Qarabağa qanlı hücumları ilə də yadda qaldı. Daşnak quldur dəstələrinin təşkilatçı və başçılarından biri, Azərbaycan və Türkiyə milli demokratik hərəkatının qatı düşməni olan Andranik Ozanyanın silahlı, quldur dəstəsi Yaycı, Aza və digər kəndlərində rastlarına gələn bütün türk əhalisini qırdı. Təkcə Yayıcı kəndindən 2500 nəfəri öldürərək, meyitlərini Araz çayına tökmüşdür. ("Soobşerıiye Zakavkazskoqo krayevoqo komiteta rossiyskoy kommunistiçeskoy partii (bolşevikov)", N° 6-7, iyun-iyul 1919 qoda, Tifiis). Az müddət ərzində soydaşlarımız tərəfindən qulağı kəsilən Andranik Ordubad dairəsinin əsas hissəsini, Culfa stansiyasını və ətraf kəndlərin bir hissəsini öz nəzarəti altına alır. (Q. Madatov: Pobeda sovetskoy vlasti v Naxiçevane i obrazoevaniye Naxiçevanskoy ASSR. Baku, 1968, s. 53.) Andranikin həyasızlıq və təkəbbürü o yerə çatır ki, iyunun ortalarında o, Naxçıvan şəhərini tutmağa cəhd göstərir, lakin onun bu təşəbbüsü baş tutmur. Belə olanda daşnaklar Nehrəm kəndinə hücum edirlər, lakin burda da onlar güclü müqavimətə rast gəlirlər.

8 may 1918-ci il...

AMEA İnsan Hüquqları İnstitutunun araşdırıcı qrupu tərəfindən müəyyənləşdirilmişdir ki, təkcə 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən 400 min azərbaycanlı, 120 min gürcü, 22 min ləzgi, 15 min kürd və 3 minə qədər yəhudi öldürülmüşdür. Əlbəttə, ermənilər tərəfindən tonqallarda yandırılan körpə uşaqları, qarınları xəncərlə yırtılmış hamilə qadınları, üzlərinə bıçaq, xəncər və süngü ilə xaç şəkli çəkilmiş qızları, ayaqları nallanmış gəncləri, kürəklərinə qaynar samovar bağlanmış oğlanları, başlarına mismar çalınmış cavanları, qulaqları, bədənlərinin müxtəlif orqanları kəsilmiş kişiləri, yem üçün quduz itlərə atılan məsum körpələri, kəsilmiş saçlarından çatı toxunan qadınları, kürəklərinə qızdırılmış dəmirlə möhür vurulmuş günahsız insanları, ağlasığmaz işgəncələrdən sonra çılpaq-çılpaq ağaca asılmış qocaları, deyiləsi və yazılası işgəncələri unutmaqmı olar? 1932-ci ildə Z.Korkodyanın İrəvanda çap olunmuş “Sovet Ermənistanının əhalisi. 1831-1931” kitabında göstərilmişdir ki, əgər Ermənistanda 1918-ci ildə 575 min azəri türkü var idisə, artıq 1920-ci ildə onların sayı 10 minə düşmüşdü. Qalanları isə ya qırılmış, ya da deportasiya olunmuşdur. 25 sentyabr 1918-ci ildə “Azərbaycan” qəzeti yazırdı: “Türkiyənin Avropa müharibəsində iştirakında daşnaklar özlərinin böyük arzularını ən yaxın vaxtlarda həyata keçirmək imkanı gördülər. Lakin “böyük Ermənistan” xülyası etnik cəhətdən təmiz ərazinin yaradılmasını tələb edirdi. Və əvvəlcə Qars və Qars vilayətinin müsəlman əhalisinin sistematik surətdə döyülməsi başlayır”. Diqqətinizi belə bir fakta cəlb etmək istəyirik ki, rəsmi tarixdə göstərildiyi kimi, Qars vilayətində türk qoşunları deyil, məhz erməni qoşunları cinayət və dəhşətlər törətmişdi. “Azərbaycan” qəzeti 13 noyabr 1918-ci ildə yazırdı: “İrəvan quberniyasının hər yerində müsəlmanların həyatı tükdən asılı idi; bu vaxt erməni ştabının əmrilə 200-dən çox müsəlman kəndi qılıncdan keçirilmiş, yandırılmış və 200 minə yaxın müsəlman kəndlisi evsiz-eşiksiz qalmışdı; bütün bunlara aclıq və xəstəlik də əlavə edilmişdi”. Qars vilayətində erməni qoşunları dinc əhaliyə qarşı qəddarlığının həddi olmayan vuruşa başladılar. Bu, həmin erməni hərbi hissələri idi ki, “Brest-Litovsk” sülh müqaviləsinə görə Rusiya Respublikası bunları tərxis edib buraxmalıydı. Ermənilər özləri Qarsın dinc əhalisinə qarşı daşnak başkəsənfərinin göstərdikləri vəhşilikləri qismən də olsa təsdiq edirdilər. 30 iyun 1930-cu ildə ermənicə “Kommunist” qəzetində dərc ediimiş “Müstəqil Ermənistan” məqaləsində qeyd edilirdi: “On illərlə ya ölüm, ya azadlıq”,- deyə bağıran daşnak qatillər, avantüristlər və satqınlar, quldur mauzerçilər... inqilabi Bakını hədələyirlər”. Qars vilayəti azad edildikdən sonra türk ali baş komandanlığı Qafqaz cəbhəsindəki qüvvələri yenidən təşkil edib, 4 və 1-ci ordu korpuslarını Yaqub Şövqi paşanın komandanlığı altında Qars qoşunları qrupunda birləşdirdi. Qars qoşunları qrupunun qarşısına keçmiş İrəvan quberniyasının bütün bölgələrini tutmaq və burada yaşayan müsəlman əhalini müdafiəsi və himayəsi altına götürmək vəzifəsi qoyulmuşdu. 8 may 1918-ci ildə 1-ci ordu korpusunun komandiri, general Kazım Qarabəkir paşa Gümrünü (Aleksandropolu) tutmaq əmri aldı. 10 may 1918-ci ildə türk qoşunları Arpaçayı keçdilər, şimaldan və cənubdan Gümrüyə yaxınlaşmağa başladılar və mayın 15-də günün sonuna yaxın türk qoşunları şəhəri tutdular. Türk qoşunlarının irəliləməsi daşnaklar arasına vəlvələ salmışdı. Amma Türkiyəyə olunan xarici müdaxilə Türk ordusunun Ermənistanın içərilərinə doğru irəliləməsinin qarşısını aldı. Bundan istifadə edən ermənilər azərbaycanlılara qarşı genişmiqyaslı soyqırıma başladılar. 1918-ci ilin noyabrında Cənub-Qərbi Qafqazın müsəlman əhalisi daşnak qırğınlarından xilas olmaq üçün kömək məqsədilə ilk dəfə olaraq Osmanlı imperiyasına üz tutdu. Məğlub edilmiş Osmanlı imperiyası isə öz xalqına və qardaşlarına - İrəvan quberniyasının azəri türklərinə bu köməyi göstərmək iqtidarında deyildi. Artıq 1918-ci il noyabrın 4-də “Türkiyə ilə həmsərhəd qəzalara köçmüş” İrəvan quberniyası müsəlmanlarının nümayəndələri Bakıya gəlmişdilər ki, özlərinin faciəli vəziyyətləri haqqında məlumat versinlər. Türk qoşunlarının köçürülməsi başlamışdı, lakin qoşunlar hissəhissə çıxırdılar. Buna baxmayaraq, müsəlmanların nümayəndə heyəti Azərbaycana müraciət etməyi və qırğının qarşısını almağa kömək istəməyi özlərinin borcu hesab etdilər. Bununla əlaqədar olaraq “Azərbaycan” qəzeti 4 noyabr 1918-ci ildə yazırdı: “Bütün Zaqafqaziyada erməni-müsəlman münasibətlərinin qurbanı olmuş İrəvan müsəlmanlarmın səsini bütün Azərbaycan xalqı eşitməlidir. İrəvan quberniyasının sağ qalmış müsəlman əhalisinin məhv olmaqdan xilas etmək üçün hər şey etməliyik, bu, bizim vətəndaşlıq borcumuzdur”.

Ermənistan SSR ərazisində sonuncu deportasiya isə 1988-89-cu illərdə həyata keçirilmişdir. Əsrlərlə öz tarixi torpaqlarında yaşamış 250 mindən çox azəbaycanlı Ermənistan Respublikasında hakimiyyətdə olmuş “Daşnaksütyun” partiyasının (dünyada yeganə partiyadır ki, onun nizamnaməsində terror rəsmən qəbul edilmişdir) rəhbərliyi altında həmin ərazilərdən zorla deportasiya edilmişdir.

Bir sözlə, erməni vəhşiliyi, erməni vandallığı bitib tükənməzdir. Bəlkə də tarixdə erməni qədər ikinci vəhşi, barbar toplum olmayıb. Ancaq məsəl var deyərlər, “sirkə nə qədər tünd olsa da, öz qabın çatladar”. Ermənilərin, qanıiçən, barbar əməlləri nə qədər dəhşətli olsa da, sonda bu vəhşətin burulğanında elə ermənilərin özləri boğulublar. Necə ki, 1918-ci il də, ulu babalarımız erməniləri məhv etdilər, gözəl tarix yenidən təkrarlandı və 44 günlük Vətən müharibəsi dönəmində “dəmir yumruq”la ermənilərin başını əzməklə 30 ilə yaxındır ki, tapdaq altında olan Qarabağımızı azad edib, Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etdik.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə