"Azərbaycanın mövqeyi ilə bu gün tam şəkildə hesablaşılır" - DEPUTAT ŞƏRH ETDİ
"Ermənistanın 10 noyabr bəyannaməsini pozmaq arzusu, razılaşmanın müddəalarını həyata keçirməkdən boyun qaçırmaq üçün təxribatlara əl atması, sərhəddə gedən pozuculuq prosesləri və Azərbaycana qarşı qarayaxma kampaniyasının müxtəlif səviyyələrdə aparmaq niyyətinin olması Azərbaycanın qətiyyəti ilə toqquşdu. Azərbaycan hər zaman olduğu kimi öz qəti mövqeyində dayanıb. 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya tərfindən imzalanmış razılaşmanın tam həyata kecirilməsi mütləqdir, sərhədlərinin delimitasiya və demarkasiyası məsələsində heç bir güzəşt olmayacaq, bütün bu proseslər tam şəkildə beynəlxalq hüquqa əsaslanmaqla mövcud xəritələrə uyğun olaraq həyata keçiriləcək". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputatın sözlərinə görə, bir qədər əvvəl bəzi təşkilatlar və bir sıra ölkələr tərəfindən Azərbaycana təziq göstərmək istəklərinin olduğunu görürdük: "Bu məsələdə xüsusilə Fransa tərəfindən atılmış addımları qeyd etməliyik. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olsa da, öz mandatına uyğun olmayan, eyni zamanda beynəlxalq öhdəliyini də pozan bəyanatlar vərən Fransa, birtərəfli qaydada Ermənistan tərəfini dəstəkləyir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevə olunmuş iki mühüm zəng bir çox məqamlara aydınlıq gətiməyə imkan verdi. Həmin zənglərdən biri Çin Xalq Respublikasının Sədri Si Cinpin digəri isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel idi".
S.Mikayılova vurğulayıb ki, dünən Avropa Birliyi Şurası tərəfindən Azərbaycan Prezidentinə 3 mühüm məsələdə əməkdaşlığın təklif olunması çox vacib bir məqamdır: "Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirdi. Şarl Mişel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırdı. Bu, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəkləndiyini nümayiş etdirir. Bu proseslər özlüyündə göstərir ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün beynəlxalq birlikdə artıq istək formalaşıb. Əminliklə deyə bilərik ki, Azərbaycanın mövqeyi ilə bu gün tam şəkildə hesablaşılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB