"Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığını davam etdirəcək" - KOMİTƏ ÜZVÜ ŞƏRH ETDİ
“Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər çoxşaxəli əməkdaşlıqdan ibarətdir. Enerji sahəsində Avropa Birliyi ilə Azərbaycanın tərəfdaşlıq sazişi var. Bu gün Azərbaycan Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi üçün çox ciddi işlər görür və bu proses daha da genişlənir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
Onun sözlərinə görə, ticarət istiqamətində də Avropa Birliyi Azərbaycanın əsas tərəfdaşlarından biridir: “Bizim ölkəmiz üçün Avropa Birliyi ilə humanitar sahədə, təhsil, mədəniyyət sahəsində əməkdaşlıq çox mühümdür. Bu tərəfdaşlığın davam etməsi barədə cənab Prezident dəfələrlə xüsusi olaraq danışıb. Son telefon danışığında da bu məsələnin əhəmiyyətini Avropa Birliyinin rəhbərliyinə geniş şəkildə izah edib. Biz bu əməkdaşlığı davam etdirəcəyik. Müvafiq sazişlər üzərində işlər gedir və bu sazişlər müxtəlif sahələri əhatə edir”.
A.Mollazadə ümid edir ki, tərəfdaşlıq sazişi imzalanacaq və Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığını davam etdirəcək: “Bir sıra Avropa Birliyinə üzv olan ölkələrlə Azərbaycanın strateji tərəfdaşlıq barəsində saziş imzalayıb. Düşünürəm ki, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq davam etdiriləcək. Azərbaycanla böyük nəqliyyat, kommunikasiya sahələrində əməkdaşlıq Avropa üçün böyük önəm daşıyır. Azərbaycanın yaratdığı sistem Avropa Birliyinin Şərqlə ticari dövriyyəsini artırmasına gözəl bir fürsət yarada bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB