Əcnəbi tələbələr işğaldan azad olunmuş torpaqlara səfər edib - FOTOLAR
Gənclər və İdman Baş idarəsi, Müdafiə Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil olunan səfər davam edir. SİA-nın məlumatına görə, səfər zamanı xarici tələbələrlə birlikdə Xudafərin Körpüsü ziyarət edilib. Azərbaycanın böyük ölçülü dövlət bayrağı açılıb və dövlət himni səsləndirilib.
Səfər zamanı Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək səfərin keçirilməsində əsas məqsədin tələbələrə Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi, zəngin və mədəni irsini əcnəbi tələbələr vasitəsi ilə ictimaiyyətə çatdırmaq olduğunu bildirib.
Daha sonra Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov da öz növbəsində çıxış edərək Milli Qənimətlər Parkı və Cocuqmərcanlıya səfərdən söhbət açıb.
Sonda Cəbrayılda Dostluq Bulağının qarşısında fotoşəkil çəkilib.
Əcnəbi tələbələrin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri, 44 günlük Vətən müharibəsindəki zəfərlə bağlı təəsüratları dinlənilib.
Kəmalə Təyyarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB