"İstefa verən şəxslər Paşinyana güvənmirlər" - POLİTOLOQ RƏY VERDİ
"Ermənistanda baş verən kütləvi istefaların səbəbi qarşıdakı seçkilərlə bağlıdır". Bunu SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
Politoloq vurğulayıb ki, seçkiqabağı istefa verən şəxslər Ermənistanın baş naziri Paşinyana güvənmirlər və artıq Paşinyanın hakimiyyətdə qalmayacağını düşünürlər: "Belə olan halda isə özlərinə ya yeni havadarlar axtarır, ya da gələcəkdə Paşinyan və komandasına qarşı mövcud olacaq təzyiqlərdən qurtulamağa çalışacaq. Bunların hamısı gedən prosesdə Ermənistan cəmiyyətinin özündə seçimin edilməsi ilə bağlıdır. Belə güman etmək olar ki, Paşinyan hakimiyyət potensialına güvənməyinə baxmayaraq, hazırda hakimiyyəti itirməyə davam edir. Bəzi məlumatlara görə, Paşinyanın keçirdiyi mitinqlərə əhalini zorla gətirirlər. Belə olan halda SSRİ-nin dağılması ərəfəsində bəzi SSRİ funksionerlərinin mitinq keçirmək, mitinqlərə zorla camaatı gətirmək cəhdləri yada düşür.
Bütovlükdə Ermənistanda gedən hadisələr və hakimiyyətə gəlmək ehtimalı yüksək olan qüvvələr haqqında danışmaq yerinə düşər. Əsas qüvvə olaraq sabiq prezidentlər Robert Köçəryan və Ter-Petrosyan komandaları gündəmdədir. Seçki zamanı əsas mübarizə bu şəxslər arasında gedəcək. Onların arasında seçim edənlər bir növ Rusiya və Qərb arasında seçim edirlər. Güman edirəm ki, hazırda cərəyan edən hadisələrdən Azərbaycana düşən pay ondan ibarətdir ki, Azərbaycanın siyasi elitası,siyasi rəhbərləri Ermənistanda gedən prosesi izləməklə yanaşı, gələcək planlarını qurmalıdır. Belə ki, bu barədə 3 variant düşünmək olar ki, Ermənistanda Paşinyan hakimiyyətdə qalarsa, münasibətlər necə qurulacaq? Ter-Petrosyan və Köçəryan komandası hakimiyyətə gələrsə münasibətlər necə təmzimlənəcək? Bu amil ona görə vacibdir ki, bu şəxslərin hər birinin cərəyan edən hadisələrə -10 Noyabr sazişinə, 11 Yanvar razılaşmasına, Zəngəzur dəhlizinin açılmasına, sərhədlərin demarkasiyasına hərəsinin özünə məxsus bir baxışları var. Bu baxışlardan asılı olaraq bizim dövlətlərarası münasibətlərimiz də müəyyənləşdirilməlidir. Azərbaycan da buna uyğun olaraq öz siyasətini planlaşdırmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB