"Ordudakı vəziyyət məni narahat edir" ERMƏNİ NAZİRİN ETİRAFLARI

"Ordudakı vəziyyət məni narahat edir" ERMƏNİ NAZİRİN ETİRAFLARI

Əlbətdə ki, Ermənistanda ordudakı vəziyyət məni narahat edir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın fövqəladə hallar naziri vəzifəsini icra edən, Ermənistan Silahlı Qüvvələri 5-ci Ordu Korpusunun keçmiş komandiri Andranik Piloyan 1 iyun tarixində jurnalistlərə verdiyi müsahibəsində söyləyib.

Piloyan Ermənistan ordusundakı vəziyyətdən narahatlığını ifadə etməklə yanaşı, ardınca jurnalistlərin bir sıra suallarına da qəribə reaksiya verib.

"Bu gün mən və bütün Nazirlik ordunun yanında olsaq belə, bu cür sualları ordu rəhbərliyinə vermək daha yaxşıdır, onlar daha konkret cavab verərlər", deyə keçmiş komandir bildirib.

Piloyan ixtisasca siyasətçi olduğunu, ancaq siyasətlə heç zaman məşğul olmadığını və heç bir partiyanın üzvü olmadığını deyib.

"Vətəndaş olaraq kimə səs verəcəyimə də qərar verəcəyəm", deyə o əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə