Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla ictimai müzakirələrdən, debatdan imtina edib. SİA xəbər verir ki, Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan bunu Facebook səhifəsində elan edib.
Mətbuat katibi ilk prezidentin ölkəni fəlakətə gətirən adamla danışacaq bir şeyinin olmadığını yazıb.
Xatırladaq ki, bir qədər əvvəl Nikol Paşinyan Ermənistanın birinci və ikinci prezidentlərinə 18 iyun tarixində İctimai Televiziyada canlı debat keçirməyi təklif edib. Robert Koçaryan hələ rəsmi olaraq Nikol Paşinyanın təklifinə cavab verməsə də, görünür Ter-Petrosyan bu görüşdən, debatdan imtina edir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB