“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin dən Prezidentə - TƏBRİK
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA-nın verdiyi məlumata görə, təbrikdə deyilir:
Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Sizə möhkəm cansağlığı, sülh, sabitlik və Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.
Cənab Prezident, Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti bundan sonra da respublikanın həyatını və orada baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaq.
Səmimi hörmətlə,
Radik Batırşin
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB