"Türkiyə və Azərbaycan bundan sonra da dünyaya qardaşlıq nümunəsi olacaq" - SƏFİR TƏBRİK ETDİ
"103-cü ildönümündə qardaş Azərbaycanı Respublika Günü münasibətilə təbrik edirik. Biz hər zaman qardaş Türkiyə olaraq Azərbaycanın yanında olduğumuzu və olacağımızı vurğulamışıq". Bu fikirləri SİA-ya açıqlamasında Türkiyənin Praqadakı səfiri Egemen Bağış deyib.
Səfir vurğulayıb ki, Azərbaycan bu günü artıq ötən illərdən daha fərqli qeyd edir: "Çünki bu il Azərbaycan öz torpaq bütövlüyünü bərpa edib və əlbəttə, bundan sonra qeyd edilən bayramlar daha fəxrlə, daha qürurla qeyd ediləcək".
E.Bağış vurğulayıb ki, Türkiyə və Azərbaycan xalqı bundan sonra da bir-birinə dəstək olmaqla, dünyaya qardaşlıq nümunəsi göstərəcək: "İstər ölkələrimiz daxilində, istərsə də ölkə hüdudlarımızdan kənarda iki qardaş ölkə daim birlikdə, bir yumruk tək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB