"Kimsə Ermənistana rəhbərlik edir, yoxsa yox?" - HƏYƏCAN TƏBİLİ ÇALINDI
"Ordu yaradıldı ki, qalib gəlsin, ölkəni qorusun, amma hakimiyyəti ələ keçirən yaramazlar onu məhv etdilər, dağıtdılar". SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə general-leytenant Norat Ter-Qriqoryans 168.am-a verdiyi müsahibəsində deyib.
“Ermənistana ümumiyyətlə kimsə rəhbərlik edir, kimsə məsuliyyət daşıyır, yoxsa yox? Ordu ölkənin təhlükəsizliyinə görə cavabdeh olmalıdır. Müdafiə Nazirliyi haradadır? Müdafiəni necə təşkil edib? Buna necə icazə verilə bilərdi?”, deyə general-leytenant sual ünvanlayıb.
Ermənistanın KTMT-yə müraciəti məsələsinə toxunan general, bu təşkilatda ermənilərin yerinə onları mühafizə edəcəklərini düşünən axmaqların olmadığını da vurğulayıb.
“Hörmətli baş nazir, öz sərhəddinizdə iş təşkil edə bilmirsinizsə, KTMT-yə necə və hansı üzlə müraciət edə bilərsiniz? Hansısa birinin gəlib sərhəddinizi qorumasını istəyirsiz? Müharibə olsaydı, başqa məsələ olardı. Yəni, gücünüz çatmadığı təqdirdə, gəlib dəstək verərdilər. Ancaq müharibə yoxdur, Silahlı Qüvvələr və Müdafiə Nazirliyinin rəhbərliyi təhlükəsizliyə özləri cavabdehdirlər.
Hərbçilər axı necə əsir düşürlər? Onlara vaxtında öz əvvəlki mövelərində qalmaq, yaxud, qayıtmaq əmri verilməyib?", deyə o əlavə edib əlavə edib.
Norat Ter-Qriqoryans Rusiya səfirliyi qarşısında Rusiya bazasının Ermənistandan çıxarılmasını tələb edən və hələ də hakimiyyət tərəfindən cəzalandırılmayan etirazçılar barədə də hiddətlə danışıb. O, etiraf edib ki, Ermənistanın, ermənilərin Rusiyadan başqa müttəfiqi ola bilməz. Təəssüf hissi ilə qeyd edib ki, ermənilər artıq tək müttəfiqlərinə, üvvətli bir nüvə gücündən üz döndərir, ona dönük çıxırlar.
Göründüyü kimi, ermənilərin özləri də dönük olduqlarını etiraf etməyə başlayıblar. Məhz general-leytenant Norat Ter-Qriqoryansın timsalında hər bir erməni ruslar olmadan, Rusiyanın dəstıyi olmadan Ermənistanın mövcudluğunun sual altında olduğunu yaxşı başa düşür, sadəcə, xəyanətkar erməni xisləti onları dönük olmağa sövq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB