“Təxribatlar Azərbaycanı adekvat addımlar atmağa sövq edə bilər” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Təxribatlar Azərbaycanı adekvat addımlar atmağa sövq edə bilər” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənilər tərəfindən təxribatlar davam edərsə Azərbaycan Ermənistanı Moskva razılaşmasının şərtlərini yerinə yetirməməkdə təqsirli bilər. Digər tərəfdən erməni təxribatı beynəlxalq hüquq normalarına görə, əslində müstəqil dövlətə qarşı bir təhdiddir. Ermənistan tərəfinin bu səpkili mövqeyi Azərbaycanı adekvart addımlar atmağa sövq edə bilər”. Bunu politoloq Elşən Manafov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, indiki şəraitində Azərbaycan Moskva razılaşmalarının şərtlərinin yerinə yetirilməsində maraqlıdır: “Məlumdur ki, Ermənistan hazırda parlament seçkiləri ərəfəsindədir və Ermənistanda müxtəlif yönümlü siyasi qüvvələr əslində hakimiyyət uğurunda mübarizə aparırlar. Seçkilər ərəfəsində erməni hakimiyyətinin bu səpkili hadisələrə birmənalı mövqe sərgiləmək imkanları da müəyyən mənada məhdudlaşdırıb. Düşünürəm ki, müəyyən qüvvələr özləri də Paşinyan hakimiyyətinin müharibəyə sürüklənməsində və nəticə etibarı ilə parlament seçkiləri ərəfəsində onun növbəti dəfə məğlubiyyətə uğradılmasında maraqlıdırlar. Bununla onlar siyasi dividentlər əldə etsinlər və hakimiyyətlə bağlı kanyektur maraqlarını həyata keçirsinlər. Digər tərəfdən istisna deyil ki, Ermənistandakı siyasi qüvvələrin bu sayıq hərəkətlərini xaricdən istiqamətləndirən müəyyən qüvvələr də var ki, həmin qüvvələr Moskva razılaşmasının şərtlərinin həyata keçirilməsindən ehtiyatlanırlar. Bölgədə yeni geosiyasi reallıqlar həmin qüvvələrin maraqlarına cavab vermir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə