YAP Ağsu rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidlərini ziyarət ediblər FOTOLAR
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının nümayəndələri Vətən müharibəsində böyük şücaətlə döyüşən və Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının azadlığı uğrunda Şəhadət zirvəsinə ucalan Vüsal İbişov Əli oğlu, Elmir Süleymanlı Aqil oğlu, Kamran Quluzadə Pərviz oğlunun, həmçinin 25 yaşı tamam olan şəhid Hüseyin Dadaşzadə Zülfüqar oğlunun ailə üzvlərini ziyarət ediblər.
YAP Ağsu rayon təşkilatının nümayəndələri Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizi ziyarət edərək məzarlarına tər çiçəklər düzüb, ruhlarına dualar ediblər. Ziyarət zamanı vurğulanıb ki, şəhid və qazilərimizin problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub. Həmişə ölkəmizdə hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədirlər. Azərbaycan xalqı Vətən torpaqları uğrunda mətanətlə döyüşən, bu yolda Şəhadət zirvəsinə ucalan və tarixi, möhtəşəm Qarabağ Zəfərinə imza atan Vüsal, Elmir, Kamran, Hüseyin kimi cəsur, fədakar övladlarının əziz xatirəsini daim uca tutacaqdır. Qəhrəman Şəhidlərimizin valideynləri və ailə üzvləri dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür edərək, Vətənin adını ucaldan və xalqımıza misilsiz qələbə sevincini bəxş edən övladları ilə fəxr etdiklərini bildiriblər.
Həmçinin, Şəhid ailələrinin üzvlərinin gündəlik qayğıları ilə maraqlanıblar və Azərbaycanımıza yüksək fəxarət, şərəf gətirən bu ailələri daim xüsusi diqqət mərkəzində saxladıqlarını bildiriblər. Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhunuz şad olsun, Vətənimizin qəhrəman oğulları!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB