KTMT-nin sərhəddəki vəziyyətə münasibətindən Paşinyanın qıcıqlanması RUSİYA MƏTBUATINDA

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistanın KTMT-nin Azərbaycanla sərhəd problemi ilə bağlı “hərəkət sürəti”ndən razı olmadığını bildirib və təşkilatın açıq şəkildə bir mövqe bildirmədiyindən şikayətlənib. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti Agentliyi yazır.

Qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyi mayın 12-də Azərbaycan silahlı qüvvələrinin Sünik bölgəsinin sərhəd bölgələrindən birində "sərhədləri aydınlaşdırmaq üçün" müəyyən işlər görməyə çalışdıqlarını bildirib.

"Vurğulamaq istəyirəm ki, hazırda KTMT-nin hərəkətlərinin sürəti bizi qane etmir. Lakin vəziyyəti daha da aydınlaşdırmaq üçün bu istiqamətdə ardıcıl çalışmağa davam edəcəyik", deyə Paşinyan parlamentdəki hökumət saatı zamanı bəyan edib.

Onun sözlərinə görə, guya erməni tərəfi problemi hərbi yolla həll etməmək üçün KTMT ölkələrini cəlb etməyə razı olmayıb. Baş nazir səlahiyyətlərini icra edən Paşinyan Bakının məqsədinin Ermənistanın Sünik bölgəsindən Naxçıvanla dəhliz açmaq olduğunu düşündüyünü deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə