"Hər bir vətəndaşımız Prezidenti və Onun siyasəti ilə fəxr edir” DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan Prezidenti cənab İlham Əliyev 2003-cü ildə prezident seçilərkən həm seçki təbliğatında, həm də seçkidən sonrakı çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini elan etdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Ulu Öndərin siyasəti Azərbaycana müstəqilliyin möhkəmləndirilməsi, uğurlu daxili və xarici siyasətin aparılmasına böyük əsas yaratdı: “Cənab Prezident ona söykənərək Azərbaycanın müstəqil siyasət yeritməsinə, dövlət qarşısında duran problemləri tədricən və uğurla davam etdirmişdir. Ötən müddət ərzində Azərbaycanın neftdən gələn gəlirlərin infrastrukturunun yenilənməsinə, məcburi köçkün və qaçqınların problemlərinin həllinə, insan kapitalının gücləndirilməsinə yönəldilməsi, bu gün Azərbaycanın əsas nailiyyətlərindən hesab edilə bilər. Həmçinin Azərbaycanın qeyri-neft sektorunun inkişafına diqqət edilməsi bu sektordan gələn gəlirlərin əhəmiyyətli sürətdə artmasına səbəb oldu. Azərbaycan vətəndaşlarının hüüquqlarının qorunmasında cənab Prezident böyük fəaliyyət göstərdi. Bunun nəticəsində azad mətbuat, azad söz, azad ittifaqlarda sərbəst şəkildə azad fəaliyyət göstərmək, günümüzün xarakteristikası hesab edilə bilər”.
Deputat həmçinin qeyd edib ki, cənab Prezident beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artması üçün çox ciddi addımlar atdı: “Bunun nəticəsidir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri oldu. Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzlərindən birinə çevrildi. Azərbaycanın 120 ölkənin birləşdiyi “Qoşulmama” Hərəkatının 3 illik sədri seçilməsi ölkəmizin artan nüfuzundan xəbər verirdi. Azərbaycanın Dağlıq Qarabağ və ərazi bütövlüyü məsələsində haqq işi cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində ildən-ilə daha çox dəstək qazanırdı. Ötən il Vətən Müharibəsinin uğurla başa çatdırılması, Azərbaycanın tarixində tamamilə yeni bir səhifə açdı. Ordu quruculuğuna fikir verilməsi, hərbi vətənpərvərlik tərbiyəsinin dövlət siyasətində əhəmiyyətli yer tutması, vətəndaş-ordu birliyi və vətəndaş-hakimiyyət birliyi günümüzün əsas məsələlərindən hesab edilə bilərdi. Cənab Prezidentimizin Ali Baş Komandan kimi fəaliyyəti nəticəsində Cənubi Qafqazda tamam yeni bir reallıq yarandı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyətindədir. Azərbaycan bu gün əsas Azərbaycanla Naxçıvan bölgəsi arasında Zəngəzur dəhlizinin açılması ərəfəsindədir. Azərbaycan özünün hüquqlarının daim qorunmasının, müdafiə edilməsinə nail ola bilib. Cənab Prezidentimizin prinsipiallığı, onun cəmiyyətlə açıq danışması, cəmiyyətin problemlərini yaxşı bilməsi, inkişaf istiqamətlərini düzgün proqnozlaşdıra bilməsi Azərbaycanın möhkəmlənməsinə, beynəlxalq arenada nüfuz qazanmasına, vətəndaşımızın güvənli olmasına şərait yaradır. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezidenti və Onun siyasəti ilə fəxr edir”.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB