İngiltərə baş naziri Boris Conson, Belarusiyada tutulan və sərbəst buraxılmasını istəyən, Belarusiyada ekstremist kimi tanınan “Nexta” Telegram kanalının qurucusu ilə bağlı videoya baxdıqdan sonra kədərləndiyini söyləyib. SİA xəbər verir ki, Boris Conson bu barədə "twitter"də yazıb.
"Roman Protaseviçlə çəkilən video çox narahat edir. Bir jurnalist və söz azadlığına inanan bir insan kimi onun dərhal sərbəst buraxılmasına çağırıram. Belarusun hərəkətləri məntiqi nəticələrə gətirib çıxaracaq", deyə Conson öz social şəbəkə hesabında qeyd edib.
Qeyd edək ki, bir qədər əvvəl Protaseviçin tutulması İngiltərə Xarici İşlər Nazirliyi tərəfindən qəbuledilməz adlandırılmışdı. Nazirliyin rəhbəri Dominik Raab da tutulan şəxsin sərbəst buraxılmasını istəyib və Belarusu nəticələrlə hədələyib.
Xatırladaq ki, mayın 23-də İrlandiyanın Ryanair aviaşirkətinin Afinadan Vilnusa uçan təyyarəsi, mümkün minalanma barədə məlumat aldıqdan sonra Minskə enib. Bu məlumat sonradan təsdiqlənməyib. Təyyarədə, Nexta Telegram kanalının qurucusu və Belarusiya tərəfindən dövlətlərarası axtarışda olduğu elan edilmiş, respublikada ekstremist kimi tanınan “Belarusiya Baş Beyin” Telegram kanalının baş redaktoru Roman Protaseviç olub. Sənədlərini yoxladıqdan sonra o Minsk hava limanında saxlanılıb.
Nəzərə çatdıraq ki, Belarusiya təyyarənin minalanması ilə bağlı mesaj Minsk hava limanının elektron poçtuna göndərilib. Ekipaj komandirinin özü Minskə enməyə qərar verib.
“Təyyarənin hər hansı bir məcburiyyətdən və ya dönməsindən söhbət gedə bilməz”, deyə Belarus Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı İqor Qolub bildirib. İşi sübut etmək üçün dispetçerlərin qeydlərini təqdim etmək lazım gəlir. Lakin Belarusiya Xarici İşlər Nazirliyinin xəbər verdiyi kimi, bu günə qədər heç bir Avropa ölkəsi onlarla tanış olmaq istəyi bildirməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB