Əli Kərimli etdiyi xəyanətlərə görə cəzasını çəksə də, boynunda qalan mənəvi borcunu da ödəyə bilməyəcək
"Haqsız oturub, haqdan danışmaq" buna deyirlər. Bu gün belə nankorlar, satqınlar, cinayətkarlar çoxdur. Necə deyərlər, ağzını açanda bilirsən ki, səviyyəsi nə dərəcədir. Ən təəccüb doğuran isə, yerindən duran, Avropanın küçələrində sülənənlər özlərini ya "hüquq müdafiəçisi", "siyasətçi", ya da "demokrat, araşdırıcı jurnalist" adlandırırlar və gecə-gündüz sosial şəbəkələrdən düşmürlər. Görünür, bəlkə də elə ordada gecələyirlər. Belə olmasaydı ölkəmizdə hansı uğurlu nailiyyətləri "şidirdirlər", xüsusilə də dövlət başçımızın xalqı tərəfindən böyük məhəbbətlə əhatə olunduğunu, həmçinin dünya dövlətlərinin Prezident İlham Əliyevin diplomatik xarici siyasətinə həsəd apardığını eşitdikcə sağalmaz virusa tutulan "beşinci kalon"un erməniyə nökərçilik edən dələduz və satqınları - Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov, Qurban Məmmədov və...bu kimi parazitlər qaşınmağa düşürlər. Bu, o fərdlərdir ki, xarici dövlətlərə müxtəlif yollar sayəsində həyasızlıq, şivənlik yolları ilə mühacirət edib öz ölkəsinə qarşı düşmən mövqeyi göstərsələr də nəticədə yaxşı cavablarını alırlar.
7 aya yaxındır ki, qələbə sevincini - Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov, Qurban Məmmədov və digər şərəfsizlər, cinayətkarlar, satqın və nankorlar, erməniyə dayı, əmi, hətta ata deyən AXCP-nin baş çaqqalı, "sanitarkası" Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid, Vidadi İskəndərli və... ətafında olan digər çaqallar yenə də sosial şəbəkələrdən öz çirkin çağırışlarını etməkdədirlər. Çünki mayaları budur, ancaq haraya qədər? "Korrupsiyanın, rüşvətxorluğun baş alıb getdiyini",-deyirlər. Bəlkə özlərini keçdikləri o cinayətkar yollarını yadlarına salsınlar.
Təəssüf ki, geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilməsə də tarix unudulmur. 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəy: "Rüşvət alanda milyonlarla dollar alırsınız. Alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək..." kimi donoslarla üzləşəcəklər. Ancaq Azərbaycan xalqı, yaxşı bilir ki, Ə.Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Sevinc Osmanqızı, Qənimət Zahid, Vidadi İsgəndərli... kimi fərdlərin əsl niyyəti nədir. Məqsəd öz murdar istəklərini – ölkədə sosial vəziyyəti pozmaq, «bəlkə qaytardılar» xəyallarını gerçəkləşdirmək. Ancaq anlamırlar ki, onların qatarı çoxdan gedib, çoxdan tarixin zibilliyinə atıb, üstündən də bir təpik vurub ki, bəsdir!!!
Və Əli Kərimli, Vidadi İskəndərli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Qənimət Zahid və bu kimi satqın viruslar cəzalandırılmalıdır. Ən qanunu sözü yenə də xalqındır. Əsgərimizə, dövlətimizə şər atan bu şəratanlar yığımı olan AXCP-yə yalanlarına görə xalq sözünü deməli, onlara yerini göstərməlidir. Və əlbəttə ki, bir də hüquq-mühafizə orqanları da belə məsələlərə biganə qalmamalıdır. Vətən, dövlət, xalq xainləri, düşmənə işləyən bu satqınlar yığnağı hüquqi çərçivədə də cavablarını almalıdırlar. Çünki ortada xalqımızın və dövlətimizin maraqları var və bu maraqlara qarşı çıxmaq Vətənə xəyanətdən başqa heç nə deyil! Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır.
Fazil Mustafa: “Dövlətə və dövlətçiliyə qarşı müxalifətçilik xalqa xəyanətdir”
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa bildirib ki, dövlətə və dövlətçiliyə qarşı müxalifətçilik xalqa xəyanətdir: “Mənim rəhbərlik etdiyim partiya yarandığı gündən müxalifətdədir. Biz öz məqsədlərimizi qanun çərçivəsində, konstruktiv şəkildə həyata keçiririk. Dövlətə və dövlətçiliyə qarşı müxalifətçilik xalqa xəyanətdir. Təəssüf ki, bu gün adını müxalifət qoyanlar arasında bu yolu seçənlər var. AXCP sədri Əli Kərimli və onunu ətrafında olan özü kimi xalqa, dövlətçiliyə düşmən olan xəbis niyyətlər bu günə kimi nəyə nail olublar? Bir düşünsünlər. Bu, müxalifətçilik deyil, bu, xalqa dövlətə düşmənçilikdir, cinayətkarlıqdır”.
Bəli, ilk öncə, bu 28 il ərzində satqın Əli Kərimli düşünməyə qadir olan «başı» olmayıbsa, hansı düşüncədən danışmaq olar? Bir də deyildiyi kimi: «qozbeli qəbir düzəldər» misalı, əksinə olub. Əli Kərimlini qəbir də düzələd bilməz, çünki anadan qozbel, əyri doğulub. Və sosial şəbəkələrdə hay-küy salmaq, qışqırmaq və etik normalara sığmayan şüarlar səsləndirməklə ölçmək səviyyəsizlikdir. AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət adını zəbt etmiş başıpozuq insanların yersiz səs-küyləri, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də dağıdıcılıqla məşğuldurlar və qarşıdurma yaratmaq ab-havasındadırlar. Onların məqsədi heç də irəli sürdükləri cılız tələblərin yerinə yetirilməsi yox, ictimai-siyasi sabitliyi pozmaq yolu ilə hakimiyyəti zəbt etməkdir.
Məşhur filosof Cəlaləddin Rumi bildirmişdir: “Bu gün Ədəbin nə olduğunu bilmək istəyənlər bilsinlər ki, Ədəb hər bir ədəbsizin ədəbsizliyinə səbr edib dözməkdir”. Ancaq ədəbsizlik də qədərincə olmalılıdır. Bu gün Əli Kərimli kimi cinayətkarlar ədəbsizliyindən qalmaqla, hələ də anlamır ki, xalq onları çoxdan tarixin iylənmiş arxivinə atıb. Bu gün dağıdıcı ünsürlər bilməlidirlər ki, artıq onların qaragüruhçu qatarı çoxdan ötüb.
AXCP-Müsavat cütlüyü növbəti dəfə xain və düşmən mövqeyində olduğunu isbatladı
1992-1993-cü illərdən 28-29 il ötür. Bəli, zaman və dövr dəyişib. Azərbaycanımız da, dünya da fərqli olub. Lakin dəyişməyən, yaxud dəyişmək istəməyənlər hələ də həmin dövrdə ilişib qalıblar. Söhbət 29 il öncə AXC-Müsavat olan, hazırda isə 19 yerə parçalandıqdan sonra AXCP-Müsavat cütlüyü kimi tanınanlardan gedir. Onlar üçün bu gün də məqsəd və məram hakimiyyətdir. Hakimiyyətə gəlmək üçün 29 il öncə olduğu kimi, indi də xəyanət, düşmənçilik mövqeyini tutmağa hazır olduqlarını nümayiş etdirirlər. Bu xəyanət və düşmənçiliyi 27 il sonra işğaldan azad olunmuş Ağdam rayonuna partiyaların səfəri zamanı da göstərdilər.
İndi siz deyin, bu gün Qarabağın işğaldan azad olunmasına sevinməyən, erməni vandalizminin, barbarlığının şahidi olmuş Ağdama səfəri siyasi oyun, mənasız adlandıran AXCP və Müsavat hakimiyyətdə olsalar, xalqın və dövlətin başına hansı oyunları açardılar? Yaxud, bu gün Ermənistanın işğalçılıq siyasətinə, erməni vandalizminə, barbarlığına göz yuman beynəlxalq təşkilatlara etiraz etməyən AXCP və Müsavat Partiyası dövlətin və xalqın milli maraqlarını necə qoruya bilər? Bu gün həmrəylik nümayiş etdirməyi bacarmayan AXCP-Müsavat cütlüyü dövlətin və xalqın ağır, çətin günündə nə edər? 1993-cü ildə olduğu kimi qaçacaqlarmı, vəzifələrini donduracaqlarmı, torpaqlarımızı satacaqlarmı?..
Və sonda bir faktı bir daha vurğulamaq istərdim: «Azərbaycan saatı» kanalın satqın və əxlaqsızı Qənimət Zahidin hakimiyyəti şərləməyi «qəhrəmanlıq» sayırsa belələrini bu virusun qurbanına çevrilməsi labüddür. Və bu gün Ə.Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Sevinc Osmanqızı, Qənimət Zahid, Vidadi İsgəndərli, Arif Məmmədov ... kimilər mütləq, amma mütləq cavab verməli olacaqlar – Özü də Azərbaycan xalqı və qanunları qarşısında!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB