Hulusi Kılıç 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Hulusi Kılıç 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hulusi Kılıç 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Səfirlikdən SİA-ya göndərilən təbrik mətnində deyilir: "28 May - Respublika Günü münasibətilə qardaş və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırıram. Azərbaycan Demokratik Respublikası Şərqdə qurulan ilk demokratik cümhuriyyət olaraq tarixin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu gün bütün türk dünyası üçün qürur günüdür. Bu bayram günündə Azərbaycan xalqına sülh, əmin-amanlıq, can sağlığı, bərabərlik və sevinc diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə