Video müraciət formatında proqram yayımlanıb - FOTOLAR

Video müraciət formatında proqram yayımlanıb - FOTOLAR

Cari ilin 22 may tarixində Braziliyanın bir neçə siyasi və ictimai xadimlərinin 28 may “Respublika Günü” münasibəti ilə təbrikləri video müraciət formatında yerli “Rede TV” kanalının “O Mundo in Foco” proqramında yayımlanıb. Braziliya Federativ Respublikasının Səfirliyindən SİA-ya verilən məlumata görə, proqram çərçivəsində Braziliya Federativ Respublikasının Senatında Azərbaycan dostluq qrupunun sədri, Senatın sabiq birinci vitse spiker, hazırda Braziliya tərəfindən Latın Amerikası və Karib Parlamentinin vitse spikeri senator Antonio Anastasia, Konqresdə Azərbaycan dostluq qrupunun sədri, konqresmen Klaudio Kojado və onun müavinikonqresmen David Suares, professor Leyla Bijos, “EcpacoCaspio” internet xəbər portalının yaradıcısı Joao Xavier, yerli yazıçı Andrea Kandido və jurnalist-politoloq MiltonAtanzionun təbrikləri yer tutub, xalqımızın ünvanına ən xoş arzular çatdırılıb.

Azərbaycan-Braziliya münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə ümidlər ifadə edən proqram iştirakçıları, ölkəmizin dünya xəritəsində tutduğu layiqli yeri və oynadığı mühüm roluhaqqında fikirlər ilə bölüşüblər. Jurnalist Fabiana Seyhantərəfindən “Rede Tv” kanalında apardığı proqram bazar günü, 23 may tarixində bir daha təkrarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə