Rusiya, ABŞ, Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə bəyanat qəbul ediblər

Rusiya, ABŞ, Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə bəyanat qəbul ediblər

Bu gün Fransanın Dovil şəhərində keçirilən "G-8" sammiti çərçivəsində Rusiya, Fransa və ABŞ prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanat imzalayıblar. SİA-nın məlumatına görə, prezidentlər bəyanatda Azərbaycan və Ermənistan liderlərini "əhalini müharibəyə deyil, sülhə hazırlamağa, iyunda keçiriləcək sammitin gedişində əsas nizamlanma prinsipləri üzərində işi başa çatdırmağa" çağırıblar.: "Prosesin uzadılması tərəflərin əldə olunan razılaşmalara sadiq qalması məsələsini sual altına qoya bilər. Razılaşma əldə olunduqdan sonra, biz bu prinsipləri rəsmi qəbul etdiyinizi bəyan etməyə, sülh sazişinin hazırlanmasına yardım göstərməyə, beynəlxalq tərəfdaşlarımızla birlikdə onun həyata keçirilməsinə dəstək verməyə hazırıq. Biz təsdiq edirik ki, yalnız danışıqlar yolu ilə nizamlanma sülh, stabillik və barışığa gətirib çıxara, regional inkişaf və əməkdaşlıq üçün imkanlar yarada bilər. Əminik ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin sülh yolu ilə nizamlanmaya doğru addım atmasının vaxtı çatıb".

ATƏT-in Minsk Qrupunun həmsədrləri qeyd ediblər ki, mövcud qarşıdurma vəziyyətinin və qeyri-stabilliyin yaranması güc tətbiqinə gətirib çıxarıb: "Bu vəziyyətin təkrar tətbiqi yeni iztirablara və iflasa gətirib çıxara və beynəlxalq birlik tərəfindən pislənə bilər. Biz israrlı şəkildə liderləri əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq. Tərəflərin və həmsədrlərin səyləri nəticəsində sülh prosesində nəzərəçarpacaq tərəqqi əldə olunub. Martın 5-də Soçidə müzakirə olunan əsas prinsiplərin son versiyası hamı tərəfindən məqbul sayıla biləcək sülh nizamlanması üçün ədalətli və balanslaşdırılmış əsas yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə