Belarusiyada Ryanair təyyarəsi ilə bağlı hadisə barədə LAVROVDAN AÇIQLAMA

Belarusiyada Ryanair təyyarəsi ilə bağlı hadisə barədə LAVROVDAN AÇIQLAMA

Xarici işlər naziri Sergey Lavrov Moskvanın Ryanair təyyarəsinin enişi barədə vəziyyəti ayıq şəkildə qiymətləndirməyə çağırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Lavrov Yunan həmkarı Nikos Dendias ilə danışıqların ardından təşkil edilən mətbuat konfransında söyləyib.

"Biz tələsik deyil, tələsmədən deyil, xüsusən də Belarus Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsinin ətraflı bir açıqlama verdiyindən mövcud olan bütün məlumatlar əsasında bu vəziyyəti qiymətləndirməyin tərəfdarıyıq", deyə xarici işlər naziri bildirib.

O, Minskin mümkün qədər şəffaf davranmağa, bütün beynəlxalq qaydalara riayət etməyə və lazım olduqda xarici mütəxəssisləri qəbul etməyə hazır olduğunu bəyan edib.

Lavrov Belarusiya tərəfinin bu yanaşmasını məqbul adlandırıb.

Xatırladaq ki, bir gün əvvəl, Afinadan Vilnusa uçan İrlandiyanın Ryanair hava yolları şirkətinə məxsus təyyarə, mina olduğu barədə, sonradan isə bunun yanlış olduğu üzə çıxan xəbərə görə təcili olaraq Minsk hava limanına enib. Təyyarədə respublikada ekstremist kimi tanınan Nexta Telegram kanalının qurucusu Roman Protaseviç olub. Onun sənədlərini yoxlayarkən saxlanılıb. Jurnalistə qarşı kütləvi iğtişaşların təşkili də daxil olmaqla bir neçə maddə ilə cinayət işi başlanıb. Onu 15 ilə qədər həbs cəzası gözləyə bilər.

Qeyd edək ki, təyyarələrin məcburi eniş praktikasının keçmişdə də yaşanmasına baxmayaraq, bu vəziyyət Qərbin tənqidinə səbəb olub. Ən səs-küylü hadisə Boliviya prezidenti Evo Moralesin təyyarəsinin 2013-cü ildə Vyanaya endirmək məcburiyyəti olub. Səbəb ABŞ-da dövlət sirrini yaymaqda günahlandırılan keçmiş agent Edvard Snoudenin təyyarədə olduğu barədə şayiələr sayılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə