Avrasiya İqtisadi İttifaqı və KTMT İrəvanın ümidlərini tükəndirib ANALİTİK+AKTUAL
Sergey Strokanov: “Biz tez-tez partnyorlarımızın kağızdakı müttəfiqlərdən daha əhəmiyyətli olduğu situasiya ilə qarşı-qarşıya gəlirik”
Ermənistandakı sosial şəbəkələrdə və erməni KİV-lərində Rusiya XİN-nin rəhbəri Sergey Lavrovun hələ bir neçə il əvvəl səsləndirdiyi bəyanatı xatırlanıb. Həmin vaxt Rusiya Federasiyasının türkdilli ölkələrlə əməkdaşlığı və Türk Şurasına birləşməsi mümkünlüyünə baxılması barədə fikir bildirmişdi. Ermənistanda həmçinin Qazaxıstanın bu yaxınlarda Azərbaycanı Avrasiya İqtisadi Əlaqələr Şurasının hökumətlərarası iclasında iştirakına dəvət etməsi də müzakirəyə çevrilib. Söz yox ki, hər iki məsələdə ermənilərin səs-küy qaldırmalarının əsas səbəbi ortada türk faktorunun olmasıdır. Ona görə də, gözlənildiyi kimi, İrəvan sözügedən təklifə etiraz edib və konsensus olmadığına görə Azərbaycanın nümayəndə heyəti Kazan şəhərində keçirilmiş iclasa qatıla bilməyib.
Rusiyalı politoloq: “Rusiya tərəfinin Türk Şurasında iştirakında hər hansı tərs mütənasiblik görmürəm”
Bu arada, Rusiyanın tanınmış siyasi şərhçisi Sergey Strokan caliber informasiya analitik mərkəzinə verdiyi açıqlamasında qeyd edib ki, bizim ölkələr (Rusiya və Azərbaycan) Şərqə və Qərbə tərəf orientasiya olunmuş çoxvektorlu siyasət aparırlar. Türk Şurasına gəlincə isə Strokan bu strukturun özünü kifayət qədər göstərdiyini, Rusiyanın isə harada imkan varsa, o cinahlarda öz işarə bayraqlarını qoyduğunu deyib. SİTAT: “... Və mən Rusiya tərəfinin Türk Şurasında iştirakında hər hansı tərs mütənasiblik görmürəm. Rusiyada türkdilli əhali yaşayır, bizim strateji partnyorlardan olan Qazaxıstan da Türk Şurasındadır. Onda nəyə görə çoxtərəfli əməkdaşlıq ideyalarının realizəsi, ümumi mədəni köklərin möhkəmləndirilməsi və inteqrasiya proseslərində Rusiya da iştirak etməsin?”.
Strokan: “Siz Nikol Paşinyanın müraciətinə KTMT-nin necə reaksiya göstərdiyini yaxşı bilirsiniz”
“Biz çox gözəl bilirik ki, erməni cəmiyyəti, sosial şəbəkələr hiddətləniblər. Buna reaksiya göstərməyə dəyməz, biz belə olan halda uzağa gedə bilmərik. İndi ənənəvi ittifaqların, alyansların keçmişə doğru getdiyi maraqlı zaman yetişib. Yəni biz tez-tez partnyorlarımızın kağızdakı müttəfiqlərdən daha əhəmiyyətli olduğu situasiya ilə qarşı-qarşıya gəlirik. İndi ölkələrin bir-biri üçün tərəf olaraq real əhəmiyyət daşıdığı istiqamətə baxmaq lazımdır”, deyən rusiyalı siyasi şərhçi buna misal olaraq Ermənistanın yaxın zamanlarda KTMT-yə müraciətini nümunə olaraq göstərib.
“Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan kollektiv təhlükəsizlik razılaşmasının ikinci bəndinə söykənərək tələb irəli sürüb, ancaq siz KTMT-nin necə reaksiya göstərdiyini yaxşı bilirsiniz. KTMT dəqiq şəkildə anlatdı ki, heç bir hərbi-siyasi qərar ola bilməz, yeganə çıxış siyasi-diplomatik yoludur”, Sergey Strokan qeyd edib.
Ermənistan KTMT-nin, yaxud Avrasiya İqtisadi İttifaqının üzvü ola-ola, bu qurumlar daha çox rəsmi Bakı ilə heablaşırlarsa, artıq buradan da məntiqli nəticə çıxarmaq heç də çətinlik yaratmır.
Göründüyü kimi, kifayət qədər nüfuzu olan Rusiya politoloqunun gəldiyi qənaət də belə nəticə hasil edir ki, Ermənistanın son dirənişlərinin heç bir əhəmiyyəti yoxdur və bu dirənişlərin davam etdirilməsi İrəvanı daha ağır nəticələrə doğru sürükləyə bilər.
Digər tərəfdən, açığını desək, Moskvanın gözlənildiyindən də artıq reallığın yanında dayanması qərarını verməsi, hətta Türk Şurasına üzvlük barədə fikirlərin yer alması regional siyasi qütblərin dəyişməsi siqnallarını verməkdədir. Daha dəqiq desək, bu gün Qərbin bəlli siyasi dairələrinin regiona olan marağı kontekstində İrəvana əl uzatması riskləri, həvəsləri azalır. Təbii ki, bunun da qarşısını alan faktorlar mövcuddur. Yəni sözügedən risklərin qarşısını alan isə sağlam, praqmatik siyasi-diplomatik qərarlarla yanaşı, həm də qalibin, yəni Azərbaycanın düşüncələrini paylaşmaqdır. Hələlik isə, biz qarşılıqlı paylaşımları daha tez-tez görməkdəyik və bunun da yalnız və yalnız səmərələrini görmək mümkündür. Əgər biz bu gün desək ki, Ermənistan KTMT-nin, yaxud Avrasiya İqtisadi İttifaqının üzvü ola-ola, bu qurumlar daha çox rəsmi Bakı ilə heablaşırlarsa, artıq buradan da məntiqli nəticə çıxarmaq heç də çətinlik yaratmır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB