Koçaryan tərəfdarlarına qarşı təzyiqlərə cavab veriləcəyini vəd etdi EKS-PREZIDENT HƏDƏLƏDİ

Ermənistanın keçmiş prezidenti komandasının üzvlərinə qarşı qanunsuz hərəkətlər ediləcəyi təqdirdə cavab verəcəkləri barədə məmurlara xəbərdarlıq edib.

SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə keçmiş prezident Koçaryan tərəfdarlarına təzyiq halları barədə öz "Facebook" səhifəsində yazıb.
Koçaryan sosial şəbəkə hesabında qeyd edib ki, bir neçə gündür hüquq-mühafizə orqanları onun tərəfdaşlarına təzyiq göstərirlər.
“Xalqın razılığı naminə məğlubiyyət səhifəsini bağlamaq üçün özümə qarşı edilən qanunsuzluğu və haqsızlığı bağışlaya bilərəm. Ancaq sizi xəbərdar etmək istəyirəm ki, komandamın üzvlərini təqib etmək məqsədi ilə qurulmuş bir iş də unudulmayacaq və bağışlanmayacaq” - deyə, Koçaryan hakimiyyəti hədələyib.

Keçmiş prezident qanunsuzluq edən hər hansı bir məmurun tezliklə qanun qarşısında cavab verəcəyinə söz verib.
Xatırladaq ki, Ermənistan Milli Məclisinə növbədənkənar seçkilər iyunun 20-də keçiriləcək. Müvafiq fərman prezident Armen Sarkisyan tərəfindən 10 mayda imzalanıb. Koçaryan, Daşnaksütyun və Dirçəliş Ermənistanı partiyalarının daxil olduğu “Hayastan” blokuna rəhbərlik edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə