Anna Akopyan hansı vəzifəyə təyin olundu? PAŞİNYAN ÖZ ARVADINI TƏYİN ETDİ

Anna Akopyan hansı vəzifəyə təyin olundu? PAŞİNYAN ÖZ ARVADINI TƏYİN ETDİ

Nikol Paşinyan Anna Akopyanı Ermənistanın İqtisadiyyat nazirinin müavini təyin edib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Anna Akopyan Ermənistan iqtisadiyyat nazirinin müavini təyin edilib.

Qeyd olunur ki, müvafiq qərarı Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan imzalayıb.

Xatırladaq ki, Ermənistan vətəndaşlarının istefa tələbi qarşısında qalan baş nazir vəzifəsini icra edən Nikol Paşinyan yaxın zamanda Ermənistanda keçiriləcək növbədənkənar seçki ilə bağlı qərar verib və bununla kütləni sakitləşdirəcəyini zənn edib. Görünür, işğalçı ölkədə baş verən etirazların fonunda Paşinyan son şanslarından istifadə etmək qərarına gəlib və öz arvadını vəzifəyə təyin etməsi də bundan xəbər verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə