“Rusiyanı incidənlərin dişlərini qırarıq” PUTİNDƏN SƏRT REAKSİYA

“Rusiyanı incidənlərin dişlərini qırarıq” PUTİNDƏN SƏRT REAKSİYA

Rusiya Prezidenti Vladimir Putin bəzi ölkələrə sərt reaksiya verərək “bizi “dişləmək” istəyənlərin dişlərini qırarıq”-deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Sibirdəki təbii sərvətlərin Rusiyaya məxsus olduğundan narahat olduğunu dilə gətirən bəzi ölkələrə cavab verib.

Rusiya Prezidenti Putin bildirdi: "Ölkəmizi dişləmək və ya bir şey ısırıb qoparmaq istəyənlərin dişlərini qıracağıq".

Rusiyanın gücləndiyi hər zaman ölkənin inkişafını məhdudlaşdırmaq üçün hər zaman bəhanələrin olduğunu söyləyən Putin, belə təşəbbüslərin SSRİ-nin mövcudluğundan sonra da davam etdiyini vurğuladı: "Potensialının üçdə birini itirdikdən sonra da Rusiya hələ də nəhəngdir. Həqiqətən də böyük bir potensial var, ərazimiz dünyanın ən böyüyüdür, 146 milyon əhalimiz var. Əslində, bu o qədər də böyük deyil, yüz milyonlarla insanın yaşadığı ölkələr üçün bu cür şeyləri eşitmək dəhşətlidir. Bizi hər yerdə dişləmək istəyirlər. Ancaq bunu etməyi planlaşdıranlar bilməlidirlər ki, həmin dişləri qırarıq. Bunun yolunun silahlı qüvvələrimizi inkişaf etdirmək olduğu açıqdır”.

Putin vurğulayıb ki, Rusiya "nüvə klubu” içərisindəki ölkələr arasında ən müasir strateji güclərə sahibdir: "Bu çoxlarına qəribə gəlir, amma hər şey ölkəmizdə yaxşıdan da daha yaxşıdır. Hər kəs arasında ən müasir nüvə saxlama gücümüz var. Bunu açıq şəkildə təsdiqləyə bilərəm”.

Ayrıca Rusiya Prezidenti xatırladıb ki, “Avangard” hipersəsli raket kompleksi inkişaf edir. Digər ölkələrdə belə silahlar yoxdur.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə