Qanunsuz artırmalarda kimlər maraqlıdır? QURUM MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ
Paytaxtda binaların qanunsuz artırmaları ilə tez-tez rastlaşırıq. Təbii ki, sakinlər bu artırmaları etməklə yaşadıqları mənzillərinin ümumi yaşayış sahəsini artırmaq məqsədi güdürlər. Bunun üçün mənzil sahibləri eyvanlarını müxtəlif üsullarla qanunsuz şəkildə irəli çəkirlər ki, bu da nəticə etibarı ilə həm ümumi görünüşə xələl gətirir, həm də binanın təhlükəsizliyini sual altında qoyur. Şübhəsiz ki, bu mənzərəyə ən çox sovet dövründə tikilən binalarda rast gəlinir. Bu tip eyvanlarla daha çox paytaxtın mərkəzdən uzaq ərazilərdə rastlaşmaq mümkündür.
Qeyd edək ki, Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən belə mənzillərə baxış keçirilən zaman həmin sahə zəbt olunan sahə kimi qeyd olunur və bir çox hallarda həmin mənzillərə çıxarış verilməsindən imtina edilir.
Məsələ burasındadır ki, artırmalarla bağlı problemlər bununla bitmir və bəzən sakinlər eyvanlarını qabağa çəkdiyi, çıxardığı zaman alt mərtəbələrdə yaşayan sakinlərin evinə günəş işığı belə düşmür.
Bu problemlə, yəni artırmalar, onların yaratdığı fəsadlar, təhlükələrlə bağlı, eləcə də həmin artırmalar barəsində hansı ölçü götürüləcəyi ilə əlaqədar Səs İnformasiya Agentliyi olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Məsələ ilə əlaqədar olaraq qurumun mətbuat katibi Mətin Hüseynov ilə əlaqə saxlanıldı. Baki Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirildi ki, tikinti icazələri, qanunsuz tikililər və artırılmalarla bağlı aidiyyatı üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətləri məşqul olurlar.
Mövzunu davam etdirəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB