Ermənistan MTX-nın direktor müavini suallardan qaçdı SÖZÜM YOXDUR, DEYƏ BOYUN QAÇIRDI
Deməyə bir söz yoxdur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktor müavini deyib.
O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Qeyd olunur ki, jurnalistlər, “Azərbaycanlıların qoşunlarımızı ərazidən qovmasından narahat deyilsinizmi?”, sualı ilə müraciət ediblər. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktor müavini isə buna heç bir reaksiya verməyib. Jurnalistlərin, başqa bir, “Sizin bu barədə deməyə heç sözünüz yoxdurmu?”, sualına isə, “Xeyr, bu anda heç bir sözüm yoxdur”, cavabı verib.
Xatırladaq ki, bunun ardınca yenə də jurnalistlər müxtəlif suallarla müraciət ediblər. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktor müavini isə jurnalistlərin çoxsaylı digər suallarını da sadəcə cavabsız qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB