"Paşinyanın KTMT ümidləri puç oldu" MÜSAHİBƏ

"Paşinyanın KTMT ümidləri puç oldu" MÜSAHİBƏ

Müsahibimiz politoloq Rüstəm Məmmədovdur

- Rüstəm müəllim, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdan (KTMT) və bəzi himayə olunduğu ölkələrdən hərbi yardım istəməyə davam edir. Paşinyan bununla 10 noyabr razılaşmasına qarşı çıxmır ki?

- Paşinyanın KTMT-dən və bəzi ermənipərəst dairələrdən hərbi yardım istəməsi 10 noyabr razılaşmasına qarşı çıxması deməkdir. Həmdə revanşist fikirlər səsləndirməklə, daxili narazı auditoriyanı sakitləşdirməyə çalışır. Ancaq Paşinyan başa düşmür ki, dəmir yumruq hələ də onun başının üstündədir. İstənilən an o dəmir yumruq onun başına dəyəcək.

- KTMT Ermənistana hazırkı mərhələdə hansısa bir dəstək göstərə bilərmi?

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana və Paşinyana hansısa bir dəstək göstərməyəcək. Ümumiyyətlə, bu gün heç bir dövlət və təşkilat Paşinyana nə hərbi yardım, nə də ki, mənəvi yardım etməyəcək.

- Rusiya xarici işlər nazirliyi Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduqlarını bildirib. Rus sülhməramlıları Qarabağda olduqları halda vasitəçiliyə yenidən hansısa bir zərurət varmı?

- Hər hansı bir vasitəçiliyə ehtiyac yoxdur. Onların belə etmək istəmələrinin səbəbi Azərbaycanın əsəbləri ilə oynamaqdır. Azərbaycan Şuşada “Xarıbülbül” festivalı və festivaldan sonra atəşfəşanlıq etdi. Bu onlara çox toxunub.

- Necə düşünürsünüz Paşinyan seçkilərdə uğur əldə edə biləcəkmi?

- Ermənistanda doğurdan da əsil mənasında qarşılıqlı ittihamlarla dolu seçkilərə hazırlıq gedir. Hiss olunur ki, Paşinyan bu prosesdən qalib gəlməyəcək. Bununla belə Ermənistanda qeyri-müəyyənlik hökm sürdüyündən hakimiyyətə kimim gələcəyi də bilinmir. Hər kəs bu günləri öz mundirini geyinməyə və Ermənistana sülh yola axtarıb tapmaqda köməklik etsin. Ancaq bunların heç bir onlara kömək etməyəcəkdir. Çünki, Ermənistan xaos içindədir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə