“Fələstin müharibə ilə yaşamağa alışıb” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Son 73 ildə Fələstin-İsrail qarşıdurmasının sayı-hesabı itib. Yəni 1948-ci ildə İsrail və Fələstin dövləti elan olundu. O vaxtı Fələstin müəyyən şərtləri qəbul etmədi. Yəni ərazinin 60 faizindən çoxu Fələstin, 35 faizə qədəri isə İsrail üçün ayrılmışdır. Belə bir şərtləri Fələstin qəbul etmədi, amma indi hər şey tərsinə olub və bu müddət ərzində məhz Fələstin İsrail qarşıdurmasında uduzdu”. Bunu politoloq Cümşüd Nuriyev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, 1967-ci ildə bir həftəlik müharibədə İsrail nəyin ki, Ərəb dünyasını, Sina yarımadasını bütövlükdə işğal etdi və sonrada sübut etdi ki, Ərəb dünyasında heç hansı bir birlik yoxdur: “Ona görə də, bu gün də həmin siyasət davam edir. Heç Fələstinin özündə birlik yoxdur. Yəni Qəzza bölgəsi ilə digər bölgənin mövqeləri üst-üstə düşmür. Təəssüf ki, Fələstində mövqelər də, liderlər də çoxdur. Hər kəs öz həqiqətini gündəmə gətirib. Demək olar ki, sanki Fələstin müharibə ilə yaşamağa alışıb. Yəni bunlar bunu bir növ yaşayış həyatına çeviriblər. Ona görə də, bunun müharibəyə çevrilməsi ehtimalı çox aşağıdır. Həm də, elə bir Ərəb birliyi yoxdur ki, İsrailə qarşı dursun”.

Politoloq onu da bildirdi ki, 21 Ərəb dövləti və Fələstin bir araya gələ bilmirlər: “Nəzərə alsaq ki, İsrailin ərazisində də 4 milyona qədər ərəb yaşayır. Yəni 500 milyonluq bir ərəb dünyası 10 milyonluq bir İsraillə bacara bilmir. Əgər 10 milyonluq İsrail ilə bütün Ərəb dünyası bacarmırsa, burada hansı müharibədən söhbət gedə bilər. Bu məsələ vaxtında həll olunmalı idi və o vaxtı həll edə bilmədilər. Ərazisi işğal altında olan İordaniya bu mövqedə, Suriya ayrı bir mövqedədir. Misir hələ bu günə qədər normal mövqedə qalmayıb, yəni bir növ üzdə Fələstinlə olanda da dərin köklərlə İsrail ilə birlikdə idi. Ona görə də, bunun müharibəyə çevrilmə ehtimalı çox aşağıdır. Fələstinin elə imkanları yoxdur ki, yerüstü müharibə apara bilsin. Hər öldürülən israilliyə görə, 15-16 fələstinli öldürülür və onun içərisində də dinc əhali, uşaq və hərbiçilər də var. Yəni, İsraildən ölənlərdən bir hərbiçiyə təxminən 30-40 fələstinli hərbiçi düşür. Bir sözlə, müharibə variantını gözləmirəm. Elə bir Ərəb dünyası yoxdur ki, onlar İsrail ilə müharibə aparsınlar, bu mümkün olan bir şey deyil”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə