YAP Suraxanı rayon təşkilatı şəhid övladlarının qayğıları ilə maraqlanıb FOTOLAR
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Zığ qəsəbə sakini olmuş, şəhid mayor Əsgərov Rüfət Mürvət oğlunun ailəsini yenidən ziyarət edərək şəhidin övladlarının qayğıları ilə yaxından maraqlanıblar. SİA-nın verdiyi məlumata görə, ziyarət əsnasında YAP rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, şəhidlərin övladları hər birimiz üçün əzizdir və onların qayğıları ilə maraqlanmaq hər birimizin məsuliyyətidir. O eyni zamanda qeyd edib ki, şəhidlərimizin bizlərə əmanətləri olan övladlarını hər zaman qorumalı və yaşatmalıyıq. Daim şəhid ailələrinin yanlarında olduqlarını deyən Vüqar Seyidov hər bir məsələ ilə bağlı bu ailələrin qayğıları ilə maraqlanmağın vətəndaşlıq borcu olduğunu bir daha diqqətə çatdırıb.
YAP rayon təşkilatının son ziyarəti zamanı şəhid mayor Rüfət Əsgərovun böyük övladı Əsgərov Xansuvar Rüfət oğlu pandemiya ilə bağlı onlayn keçirilən tədris prosesində iştirak etmək üçün texniki vasitənin olmadığını bildirib. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilat adından Xansuvara “İPad” hədiyyə edib.
Sonda şəhid ailəsi göstərilən diqqət və qayğı üçün YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB