ADPU-da “Dünyanı çiynində daşıyanlar” adlı tədbir keçirilib - TƏDBİR

ADPU-da “Dünyanı çiynində daşıyanlar” adlı tədbir keçirilib - TƏDBİR

Bu gün Azərbaycan Dövlət Pedeqoji Universitetində "Dünyanı çiynində daşıyanlar" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Səbail rayon Qadınlar Şurasının sədri Almara Hümbətova, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Universitetin tərbiyəvi işlər üzrə prorektoru, professor Rafiq Bəxşəliyev, tarix elmləri namizədi, dosent Nazir Əsədov və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rafiq Bəxşəliyev toplantının keçirilməsi barədə məlumat verib və bildirib ki, 28 may Respublika Günü Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd edilir.

Tədbirdə söz alan tarix elmləri namizədi, dosent Nazir Əsədov Azərbaycanın keçmişinə nəzər salıb. Ölkəmizin müstəqillik uğrunda apardığı mübarizədən söz salıb. Tarixçi həmçinin Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanmasında misilsiz xidmətlərini nəzərə çatdırıb.

Tədbirdə çıxış edən Səbail rayon Qadınlar Şurasının sədri Almara Hümbətova erməni təcavüzkarları tərəfindən torpaqlarımızın işğal olunduğunu və bu hadisələr zamanı on minlərlə vətəndaşımızın həlak olduğunu, əsir və itkin düşdüyünü qeyd edib. Sədr Azərbaycanın yenidən müstəqillik qazanmasının 20 illiyi ilə bağlı bir sıra tədbirlərin də həyata keçirdiyini dilə gətirib.

Qeyd edək ki, tədbir müzakirələr ətrafında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə