Poroşenko kimi və niyə məhkəməyə verəcək?

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko, ukraynalı jurnalist Dmitri Qordonu, Rusiya hakimiyyəti ilə iddia edilən "sövdələşmə" sözləri üçün məhkəməyə vermək niyyətindədir. SİA xəbər verir ki, bu barədə Ukraynaya məxsus strana.ua məlumat yayıb və Poroşenkonun sözlərindən sitat gətirib.

Poroşenkonun nümayəndələrinin sözlərinə görə, Qordon saxta faktlar barədə məlumat verməklə söz azadlığından sui-istifadə edir. Keçmiş prezidentin vəkilləri jurnalistin sözlərinə görə onun bir tok-şou müstəvisində deyil, məhkəmə proseduru müstəvisində "cavab vermək" məcburiyyəti qarşısında olduğunu söyləyiblər.

"Söz azadlığından sui-istifadə edilir və hər hansı bir böhtanı "düşünürəm", "bu mənim fikrimdir" sözləri ilə ört-basdır etmək olmaz. Belə olmaz”, deyə Poroşenko bildirib və onun sözlərini strana.uz saytı sitat gətirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə