Ərdoğan Putinlə nəyi müzakirə edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb. SİA xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, ölkə başçıları Qüdsdəki vəziyyəti müzakirə ediblər. Ərdoğan böhran daha da böyümədən BMT Təhlükəsizlik Şurasının işə qarışmalı olduğunu bildirib.

Telefon danışığı zamanı "Sputnik V" peyvəndinin Türkiyəyə göndərilməsi ilə bağlı məsələlərə də toxunulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...