“Prezidentin Qarbağla bağlı açıqlamaları sərt və xüsusi mesaj xarakterlidir” POLİTOLOQ ŞƏRH ETDİ

"Dövlət başçısı İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Ordubad rayonunda, Zəngəzur dəhlizinin yaxınlığında Ermənistana, Fransaya ciddi mesajlar verdi". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq vurğulayıb ki, ölkə başçısı həmçinin Qarabağla bağlı son proseslərə nöqtə qoydu: “Cənab Prezidentin açıqlamaları mühüm siyasi əmiyyət kəsb edir və demək olar ki, Qarabağla bağlı Minsk qrupunun bundan sonrakı cəhdlərinə "son verin" mesajıdır. Əsas mühüm açıqlama Zəngəzur dəhlizi ilə bağlı idi. Cənab Prezidentin çıxışında əsas tezislər və mesajları aşağıdakı kimi təsnif etmək olar. Birinci, ölkə başçısı Ermənistana mesaj verərək bildirdi ki, Zəngəzur dəhlizi açılacaq və ona görə Ordubad dəmiryolu stansiyasına gəlib. Demək, Prezident bununla "Zəngəzur dəhlizi ilə bağlı məsələ həll edilib" mesajını verdi. İkinci, Prezident çıxışında münaqinənin bitməsi ilə bağlı 10 noyabr Birgə Bəyannaməsi ətrafında spekulisiyalara son verdi. Dövlət başçısı qeyd etdi ki, bəzi siyasilərin dediyi kimi, bu bəyannamə təkcə, atəşkəs sənədi deyil, münaqişənin başa çatması və əməkdaşlıq sənədidir, atəşkəs razılaşması bir bəndən ibarət olur. Bununla da Minsk qrupuna mesaj verdi ki, bu məsələ bitib və əməkdaşlıq formatı var.

Həqiqətən də Bəyannamənin bəndlərinə fikir versək, 10 noyabr Birgə Bəyannaməsini əməkdaşlıq və sülh sazişinin ilkin variantı kimi qeyd edə bilərik. Bu, Azərbaycanın hərbi və siyasi qələbəsidir ki, təkcə atəşkəs müqaviləsinə getmədi, digər şərtləri də Bəyannaməyə salaraq bir neçə saat ərzində regionla bağlı ciddi dəyişikliklərə gətirən bir sənədi imzalatdırdı. Həmçinin, bu, Ermənistanın kapitulyasiyasıdır. Bununla da Ermənistanla Qarabağ münaqişəsinə son verildiyini qeyd etdi. Üçüncüsü, Ermənistanda bəzi siyasilərin Şuşa və Hadrutla bağlı revanşist açıqlmalarına toxunaraq, bunu Ermənistan üçün sui-qəsd adlandırdı. Bununla da mesaj verdi ki, Ermənistan heç kimə arxayın olmasın, onları heç kim müdafiə edə bilməz və yerində məhv ediləcəklər.
Cənab Prezidentin bu açıqlamasından aydın olur ki, Azərbaycan güclü siyasi-hərbi qüdrətə malik ölkədir və üçünücü ölkələr Ermənistan vasitəsilə Azərbaycana qarşı heç nəyə nail ola bilməzlər. Bununla da Rusiyanın Hadrut planına cavab verdi. Dördüncüsü, Fransaya və Rusiyaya mesaj verərək, artıq "status məsələsi müzakirə olunmaycaq" mesajını verdi. Göründüyü kimi, Prezident "status" məsələsinin üstündə dayanmaqla, kəskin etirazını bildirdi. Demək, bundan sonra Azərbaycan bu kimi danışıqları rədd edir və Azərbaycan üçün Minsk qrupunun "status" məsələsi qəbul edilməyəcək. Bununla da Minsk Qrupunun fəaliyyətinə son verilmiş oldu. Əgər, Minsk qrupunun həmsədrləri regiona səfər edəcəksə, Prezident tərəfindən qəbul edilməyəcək.
Ötən ay Fransa və Rusiya prezidentləri Qarabağala bağlı yeni plan və təşəbbüslərlə çıxış edəcəklərini elan etmişdilər. Azərbaycan tərəfi bununla bağlı açılama verməmişdi. Cənab Prezident bununla bağlı da onlara mesaj verdi ki, Azərbaycan Qarabağla bağlı danışıqlara, xüsusilə, "status" məsələsinə qayıtmaycaq və bu, Azərbaycan üçün bitib.
Azərbaycanın aydın mövqeyi Cənab Prezident tərəfindən Ermənistana, Fransaya, ABŞ və Rusiyaya bildirildi. Amma, Fransa prezidenti məsələni gündəmdə saxlayacaq, Moskva cəhdlər edəcək. Azərbaycan və Türkiyənin birgə siyasi fəaliyyəti bu kimi siyasi təzyiqlərin qarşısnı alacaq. Ümumiyyətlə, Qarabağda Rusiyanın mövqeyi kəskin zəifləyəcək”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə