Ukrayna səfiri Heydər Əliyev haqqında

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 98 il əvvəl bu gün anadan olub. Heydər Əliyev yalnız görkəmli bir insan deyil, hər şeydən əvvəl Azərbaycanın müasir tarixini yaratmış, millətin dirçəlişinə töhfə verən və Azərbaycan Respublikasının müstəqilliyini bərpa edən dövlət xadimidir.

SİA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” səhifəsində yazıb.

Səfir vurğulayıb ki, Heydər Əliyevin mütərəqqi fikirləri gələcək nəsillər üçün, Azərbaycanın inkişafı üçün güclü vektor yaradıb: "Heydər Əliyevin uzaqgörən fəaliyyəti həm də Ukrayna ilə qardaşlıq münasibətlərinin genişləndirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş və dövlətlərimiz arasında gələcək strateji tərəfdaşlığın əsasını qoymuşdur.

Bu səbəbdən ənənəyə sadiq qalaraq, biz də bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə güllər qoyaraq onların xatirəsini ehtiramla yad etmək üçün Fəxri Xiyabanı ziyarət etdik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə